XƏBƏRLƏR

Qəhrəmanlar Nərimanov Bələdiyyəsində olub

Bu gün Nərimanov bələdiyyəsində Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevın Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası, Nərimanov rayon Ağsaqqallar Şurasını sədri Arif Hümbətovla və Vətən Müharibəsi Qəhrəmanı Zaur Hikmət oğlu Quliyevlə görüşü keçirilib. Təmraz Tağıyev xalqımızın hər bir üzvünün Prezident İlham Əliyevin ­Müzəf­fər Ali Baş Komandanlığı altında torpaqlarımızın erməni işğalından azad olunması uğrunda müqəddəs savaşın qərəmanları [...]
Ardını oxu

Vətən Müharibəsi Qəhrəmanı, baş-leytenant, şəhid Azad Hümbətovun əziz xatirəsi yad edilib. 24.01.2023

Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovdur. Nərimanov rayonundakı 291 nömrəli Ekologiya Liseyini bitirən Azad Hümbətov, 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirərək, leytenent hərbi rütbəsinə yiyələnmişdir. Tank tağımı komandiri olan Qəhrəmanımız Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak [...]
Ardını oxu

Bakıda ağacların qeydiyyatı və nömrələnməsi həyata keçirilir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihəyə start verilib. IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin birgə əməkdaşlığı ilə həyata keçiriləcək layihənin əsas məqsədi yaşıllıqların mühafizəsinin təmin edilməsi, o cümlədən onlara müdaxilə hallarının azaldılması, dəqiq inventarın müəyyən edilməsi və məlumatların [...]
Ardını oxu

Təmraz Tağıyev yenidən sədr seçildi 19.12.2022

Bu gün Şirvan şəhəri Gənclər mərkəzində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib. Respublikanın 68 şəhər bələdiyyələrindən və Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələrinin Assosiasiyasından seçilmiş 69 nümayəndənin iştirakı ilə keçirilən ümumi yığıncaqda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı, Milli Assosiasiyanın 2023-cü il üçün büdcəsi, eləcə də təşkilati məsələlər müzakirə olunub. Nərimanov bələdiyyəsinin sədri Təmraz [...]
Ardını oxu

Nərimanov Bələdiyyəsində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib 12.12.2022

12 dekabr 2022-ci il tarixdə Nərimanov Bələdiyyəsində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbir Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb. Bələdiyyə qulluqçularının və üzvlərinin iştirak etdiyi mərasimi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev giriş sözü ilə açıb. Sədr Ulu öndərin respublikamız üçün çox çətin bir zamanında hakimiyyətə gəlməsini və müasir [...]
Ardını oxu

Təmraz Tağıyev TDBB-nin İdarə heyətinin iclasında çıxış edib 10.12.2022

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri, Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) İdarə heyətinin üzvü Təmraz Tağıyev birliyin idarə heyətinin növbəti iclasında iştirak etmək üçün Türkiyədə səfərdədir. Konya Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Səlcuqlu Konqres mərkəzində keçiriləcək iclasda birlik tərəfindən cari ildə görülən işlərə yekun vurulub, habelə növbəti il üçün görüləcək işlərin planı müzakirə edilərək qəbul edilib. İdarə heyətinin iclasında Təmraz [...]
Ardını oxu

Assosiasiya sədri Türk Dünyası Bələdiyyələr Birliyinin tədbirinə dəvət alıb 08.12.2022

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri, Türk Dünyası Bələdiyyələr Birliyi İdarə heyətinin üzvü Təmraz Tağıyev birliyin idarə heyətinin növbəti iclasında iştirak etmək üçün Türkiyəyə yola düşüb. Konya Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Səlcuqlu Konqres mərkəzində keçiriləcək iclasda cari ildə görülən işlərə yekun vurulacaq, habelə növbət il üçün görüləcək işlərin planı müzakirə ediləcəkdir. Belediyye.info
Ardını oxu

Nərimanov rayonunda müşavirə keçirilib.

Nərimanov Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd payız-qış mövsümü ərəfəsində rayon ərazisində yanğın təhlükəsizliyi istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon [...]
Ardını oxu

Nərimanov rayonunda müşavirə

Nərimanov Rayon İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin və Nərimanov Bələdiyyəsinin də iştirak etdiyi 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. Toplantıda çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi [...]
Ardını oxu

“Şərq tərəfdaşlığı ölkələrində davamlı bələdiyyə və dövlət idarəçiliyi” mövzusunda keçirilən beynəlxalq konfrans öz işinə başlayıb 03.11.2022

“Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu “Şərq tərəfdaşlığı ölkələrində davamlı bələdiyyə və dövlət idarəçiliyi” mövzusunda keçirilən beynəlxalq konfrans öz işinə başlayıb. Çexiya Xarici İşlər Nazirlyinin Praqa şəhərindəki inzibati binasında baş tutan konfransda “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrrin - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukraynadan olan nümayəndələr təmsil olunur”- bu fikirləri Belediyye.infoya Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev bildirib. [...]
Ardını oxu