Tağıyev Təmraz Tağı oğlu, 15 fevral 1960-cı ildə Ermənistan SSR Hamamlı (Spitak 1946) rayonu, Qursalı kəndində anadan olmuşdur.</ BR>
1977-1982-ci illərdə Çingiz İldırım adına Politexnik İnstitutunun (hazırkı Azərbaycan Dövlət Texniki Universiteti) mexaniki fakültəsini bitirmişdir.
1983-1984-cü illərdə hərbi xidmətdə olmuşdur.
1985-1986-cı illərdə Xüsusi Tərbiyə olunan məktəbdə işə başlamışdır.
1986-cı ildə Rabitə Nazirliyinin Avtonəqliyyat müəssisəsində mexanik vəzifəsində, 1988-ci ildə həmin müəssisənin İstismar şöbəsinin müdiri, 1992-ci ildə baş mühəndisi, 1996-cı ildən 2007-ci ilədək həmin müəssisənin direktoru vəzifəsində çalışmışdır.
Ailəlidir, iki övladı var.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-2021-ci illərdə Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri olmuşdur.
2009-cu ildən Nərimanov Bələdiyyəsinin sədridir.
2016-cı ildən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assossiasiyasının sədridir. Avropa Şurasında Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycanı təmsil edir.