GÖRÜLƏN İŞLƏR

Təmraz Tağıyev: “Nərimanov Bələdiyyəsinin əsas vəzifəsi həm də şəhid və qazi ailələrinə diqqət gəstərməkdir” – 06.05.2025

Nərimanov Bələdiyyəsində qazi Orxan Əsgərovun təşəbbüsü ilə görüş keçirilib. Görüşdə bələdiyyə sədri Təmraz Tağıyev rayon sakin olan qazinin müalicəsi ilə bağlı maraqlandığını və bələdiyyə tərəfindən bundan sonra da ciddi addımların atılacağını qeyd edib. Qazinin müalicəsinin son mərhələsi olaraq Türkiyənin İstanbul şəhərindəki tanınmış klinikalarıyla danışıqların aparıldığını qeyd edən Təmraz Tağıyev qazinin sosial-məişət qayğıları ilə də maraqlanıb. Sədr qeyd edib ki, Nərimanov Bələdiyyəsinin əsas [...]
Ardını oxu

“ADA Universitetinin tələbələri Nərimanov Bələdiyyəsində təcrübə keçirlər” – 14.04.2025

Bu barədə  bələdiyyənin sədri Təmraz Tağıyev bildirib. Sədr bildirib ki, təcrübənin Nərimanov bələdiyyəsində keçirilməsinin əsas məqsədi gələcək menecerlərin ali təhsil müəssisələrində aldıqları nəzəri bilikləri real tədris şəraitində tətbiq etmək, praktiki bacarıqlar qazanmaq, onların peşə qabiliyyətlərini yüksəltməkdən ibarətdir. Təcrübə zamanı tələbələr təhsil aldığı ixtisasın istiqamətlərindən, xüsusiyyətlərindən asılı olaraq bələdiyyədə yeni texnologiyalarla, iş üsulları və təhsilin müasir tələbləri ilə tanış olacaq, qazandıqları bilikləri bacarıqlara [...]
Ardını oxu

Təmraz Tağıyev: “Bələdiyyə olaraq əsas vəzifəmiz sakinlərə layiqincə xidmət etməklə vətəndaş məmnunluğunun təmin etməkdir” – 21.03.2025

“Bayram və istirahət günləri olmasına baxmyaraq Nərimanov bələdiyyəsi növbəlilik əsasında sakinlərə xidmətini davam etdirir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib. Sədrin sözlərinə görə, bələdiyyədə bu istiqamətdə artıq sistemli iş qurulub. Bələdiyyəyə müraciət edən hər kəs növbədə dayanan bələdiyyənin məsul vəzifəli şəxsi tərəfindən dinlənilir, bəzi problemlərin ciddiliyi nəzərə alınaraq həlli nəzarətdə saxlanılır. Bununla yanaşı məzuniyyətə və müalicəyə gələn əsgəri xidmətdə olan [...]
Ardını oxu

Təmraz Tağıyev: “Vidadi Babanlı kimi tanınmış ziyalının hər bir müraciəti bələdiyyənin daim diqqət mərkəzində olub”

Bu gün Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev tanınmış nasir, şair və tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, "Şərəf" ordenli Vidadi Babanlının ziyarətində olub. Görüşdə tanınmış ziyalını narahat edən məsələlər ətrafında söhbət aparılmış və həlli ilə bağlı addımlar atılmışdır. Təmraz Tağıyev bildirib ki, Vidadi Babanlı kimi yaradıcı şəxsiyyətlər həyatın bütün sevincini istedadın onları məhkum etdiyi ağır [...]
Ardını oxu

Nərimanov rayonunda ağacəkmə aksiyası keçirilib

“Yaşıl dünya naminə həmrəylik İli” çərçivəsində Nərimanov rayonunda növbəti ağacəkmə aksiyası keçirilib. Yaşıllıq zolaqlarının artırılması və ətraf mühitin mühafizəsi məqsədilə təşkil olunan aksiyada Nərimanov Rayon İcra Hakimiyyətinin, rayon bələdiyyəsinin, həmçinin müxtəlif idarə, müəssisə və təşkilatlarının rəhbərləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində ərazidə əkilən ağaclar suvarılıb, onlara ilkin aqrotexniki qulluq göstərilib.
Ardını oxu

Təmraz Tağıyev: “Nərimanov Bələdiyyəsi hər zaman həssas qrupa aid insanlara öz qayğı və diqqətini əsirgəmir”

Nərimanov Bələdiyyəsində 1-ci qrup Vətən müharibəsi əlilli Etiram Musayevlə görüş keçirilib. Bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib. Təmraz Tağıyev fiziki məhdudiyyətli müharibə veteranını inzibati binanın həyətində qarşılayaraq, salamlamış və rayon sakin olan müharibə veteranının sosial-məişət qayğılarıyla maraqlanaraq həlliylə bağlı addım atılacağını bildirib. Sədr bildirib ki, birinci qrup qazi Etiram Musayev bundan sonra da mütəmadi olaraq mənzilində ziyarət edilərək [...]
Ardını oxu

Təmraz Tağıyev: “Nərimanov bələdiyyəsi olaraq əsas məqsədimiz xalqa xidmətdən keçir”

"Bu gün hər bir bələdiyyə maliyyə imkanları çərçivəsində seçicilərinin qarşılaşdığı problemlərin həllinə həssaslıqla yanaşmalı, qaldırdığı məsələləri isə diqqət mərkəzində saxlamalıdır"- bu fikirləri Belediyye.infoya Nərimanov bələdiyyəsinn sədri Təmraz Tağıyev bildirib. Sədrin sözlərinə görə, bələdiyyənin hər ay baş tutan iclaslarında müzakirəyə əsasən sakinlərin qaldırdığı məsələlər çıxarılır və hər dəfə müsbət qərar verilir. Bu günlərdə rayonun Kaveroçkin küçəsində 600 kv.metrlik əraziyə asfaltın salınması, habelə Vətən [...]
Ardını oxu