XƏBƏRLƏR

Bələdiyyələrin dayanıqlı inkişafı diqqət mərkəzindədir

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamız dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, genişmiqyaslı islahatlar həyata keçirilir, təhlükəli sosial bəla olan korrupsiyaya qarşı qəti mübarizə aparılır. Bu istiqamətdə bələdiyyələrin fəaliyyətinin təşkili, dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi, şəffaflığın artırılması və korrupsiyanın yolverilməzliyi barədə göstərişlərinə bələdiyyələr tərəfindən ciddi əməl olunması üçün Ədliyyə Nazirliyi tərəfindən müxtəlif maarifləndirmə və digər tədbirlər həyata keçirilir. Bələdiyyələrlə [...]
Ardını oxu

Şəhid övladının doğum günü 27.02.2023

Şəhidimiz Əhmədağa Novruz oğlu İskəndərov və xanımı, bələdiyyəmizin aparıcı mütəxəssisi Ülviyyə İskəndərovanın qızı Nəsrin xanımın doğum gününü bələdiyyəmizdə qeyd etdik. Nəsrin xanımın timsalında bütün şəhid övladlarının həyatlarının uğurlu və gözəl keçməsini diləyirik.
Ardını oxu

Təmraz Tağıyev: “Beş nəfər şəhid ailəsinin üzvünü bələdiyyədə işlə təmin etmişik”

Vətən müharibəsi şəhidi Kamran Hüseynovun həyat yoldaşı Sənubər Hüseynova Nərimanov bələdiyyəsində işlə təmin edilərək, sosial inkişaf və xidmət şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilib. Naxçıvan Müəllimlər İnstitutunun məzunu olmuş S.Hüseynova bu gün kollektivə təqdim edilib. Görüşdə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxış edərək Sənubər Hüseynovanın həyat yoldaşı Kamran Hüseynovun könüllü olaraq nizami ordu sıralarına qoşulduğunu, habelə Vətən [...]
Ardını oxu

İctimai birliyin bu layihəsi Nərimanov Bələdiyyəsiylə birgə həyata keçirilib

"18 fevral 2023-cü ildə “Fitoterapevtlər” İctimai birliyi Nərimanov bələdiyyəsiylə birgə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ”100 ağac əkək” aksiyası həyata keçirilib”- bu barədə məlumatı “Fitoterapevtlər” İctimai birliyi yayıb. Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyənin sədri Təmraz Tağıyevin, habelə bələdiyyə kollektivinində qatıldığı aksiyada   gənc pöhrələrin əkilməsində gənclərin də həvəslə iştirak etdiyi bildirilir. Qeyd edək ki, paytaxtın [...]
Ardını oxu

“İclasda Konqresin seçki və monitorinq üzrə iş planları təsdiq edilib” – Təmraz Tağıyev

“Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin Monitorinq Komitəsinin üzvləri Anar İbrahimov, Təmraz Tağıyev və nümayəndə heyətinin katibi Rövşən Məmmədov komitənin 9 fevral tarixli iclasında iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdədir”. Bu barədə məlumatı nümayəndə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib. T.Tağıyevin sözlərinə görə, ilk olaraq Monitorinq komitəsinin sədri Gudrun Mosler-Toernstroem və Konqresin [...]
Ardını oxu

Konqresin Monitorinq Komitəsinin işində Azərbaycan nümayəndə heyəti iştirak edir

Avropa Şurasının Yerli və Regional Hakimiyyətləri Konqresinin Monitorinq Komitəsinin üzvləri Anar İbrahimov, Təmraz Tağıyev və nümayəndə heyətinin katibi Rövşən Məmmədov komitənin 9 fevral tarixli iclasında iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdədilər. İlk olaraq Monitorinq komitəsinin sədri Gudrun Mosler-Toernstroem və Konqresin yeni baş katibi Mathieu Mori çıxış edərək Türkiyəyə baş sağlığı veriblər və Konqresin 2023-cü ildə ki iş planlarından danışıblar. Sonra Rumıniyada [...]
Ardını oxu

Nərimanov Bələdiyyəsində Gənclər günü qeyd edilib

2 Fevral Gənclər Günü ilə bağlı Nərimanov bələdiyyəsində tədbir keçirilib. Şəhid ailələrinin üzvlərinin, qazilərin və bələdiyyə kollektivinin iştirakıyla keçrilən görüşdə iştirak edən Azərbaycan Şəhər Bələdiyyələrinin Mılli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev gəncləri bu gün münasibətilə təbrik edib, həyatlarında uğurlar arzulayıb. Tövsiyə olaraq sədr qeyd edib ki, gənclər öz üzərlərində çalışmalı, ali təhsil almalı, müxtəlif peşələrə yiyələnməli, rayonun sosial–iqtisadi həyatında fəal [...]
Ardını oxu

Nərimanov Bələdiyyəsi daha bir layihəyə yekun vurub 01.02.2023

Nərimanov bələdiyyəsi tərəfindən rayonun Şimal şitilliyi küçəsi 2 ünvanında başlanılmış asfaltlaşma işləri başa çatdırılıb. Əlavə edək ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nərimanov rayonu ərazisində də yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir. Adıçəkilən küçənin sakinlərin Nərimanov bələdiyyəsinə etdikləri müraciətləri nəzərə alınaraq yararsız vəziyyətə düşmüş məhəllədaxili yolun asfaltlaşması işləri Nərimanov Bələdiyyəsi tərəfindən icra olunaraq başa çatdırılmış, [...]
Ardını oxu

Adil Əliyev: “Vətəndaş müraciətləri aidiyyəti qurumlarla yanaşı, Nərimanov bələdiyyəsi tərəfindən də layiqincə təmin edilir”

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Milli Məclisə deputat seçildiyi 20 saylı Nərimanov II seçki dairəsinin ərazisində yerləşən Ziya Bünyadov və II Şimal Şitilliyi küçələrində (Xutor) vətəndaşların səyyar qəbulunu təşkil etmişdir. Sakinlər tərəfindən qaldırılan müraciətlərin bir qismi yerindəcə öz həllini tapmış, digər xüsusatların həlli istiqamətində aidiyyəti qurumlarla bərabər hazırda iş aparılır. Eləcə də, sakinlərin yaşadığı küçənin asfaltlanması [...]
Ardını oxu