XƏBƏRLƏR

Qərbi Azərbaycan İcması Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Nərimanov Bələdiyyəsi parkında ağacəkmə aksiyası təşkil edib

Qərbi Azərbaycan İcması Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Nərimanov Bələdiyyəsi parkında ağacəkmə aksiyası təşkil edib Bu gün Qərbi Azərbaycan İcması xalqımızın Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Nərimanov Bələdiyyəsinə məxsus parkda “Yüz ağac ək” adlı ağacəkmə aksiyası təşkil edib. Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Qərbi azərbaycanlılarla söhbətləri, həmçinin Qərbi Azərbaycanın tarixi ilə bağlı fikirləri səsləndirilib. [...]
Ardını oxu

“Avropa ölkələrini Türkiyəyə dəstək göstərməyə çağırıram” – Təmraz Tağıyev

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 44-cü Sessiyasında nümayəndə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev konqresin növbəti plenar iclasında çıxış edib. Çıxışında Təmraz Tağıyev şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişaf məqsədlərinin müzakirəyə çıxarılmasını təqdriəlayiq hal hesab edərək, dünya şəhərlərinin terrorla və təbiət hadisələrin yaratdığı fəsadlarla üz-üzə qalmaması üçün birlikdə bu hallara qarşı mübarizə aparmağın [...]
Ardını oxu

“Avropa Şurasında “Novruz bayramı” ilə bağlı tədbir təşkil edilib”

“Avropa Şurası Konqresinin 44-cü Sessiyası ərəfəsində Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyi və Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə "Novruz bayramı" tədbiri keçirilib”. Bu fikirləri nümayəndə heyyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib. Sədrin sözlərinə görə, tədbirdə sərgi-satış təşkil olunmuş, əldə olunan vəsait bu ilin fevralında Türkiyədəki zəlzələdən zərər [...]
Ardını oxu

Nərimanovda şəhid ailələri və qazilərlə görüş

Nərimanov rayonunda Novruz bayramı münasibətilə rayon rəhbərliyi və ziyalıların iştirakı ilə şəhid ailələri və qazilərlə görüş keçirilib. Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev bildirib ki, artıq üçüncü ildir ki, xalqımız Novruz bayramını qalib, məğrur, bir xalq olaraq qeyd edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanıb, ədalət bərqərar olub. [...]
Ardını oxu

Azərbaycan nümayəndə heyəti Avropa Şurası Konqresinin sessiyasında iştirak edəcək

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Strasburq şəhərində keçiriləcək 44-cü sessiyasının işində Azərbaycan nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü Anar İbrahimovun rəhbərliyi ilə iştirak edəcək. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Baş katibi Matye Morinin rəsmi məktubu ilə Konqresdəki Azərbaycan nümayəndə heyəti qurumun 44-cü sessiyasında iştirak üçün dəvət olunub. Sessiya martın 21 və 23-də Strasburq şəhərində keçiriləcək. Əlavə [...]
Ardını oxu

Nərimanov Bələdiyyəsinin inzibati bina məsələsiylə bağlı mərkəzi icra orqanlarına müraciət edildi

Nərimanov bələdiyyəsinin üzvləri, qulluqçuları, bir sıra rayon ağsaqqalı, habelə rayon ərazisində yaşayan şəhid və qazi ailələrinin üzvləri, ümumilikdə 30 nəfər olmaqla, bələdiyyənin inzibati bina məsələsində üzləşdiyi problemlərin həlliylə bağlı Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, Daxili işlər naziri Vilayət Eyvazova, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Baş prokuror Kamran Əliyevə və Dövlət Təhlükəsizlik Xidmətinin sədri Əli Nağıyevə müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik: [...]
Ardını oxu