XƏBƏRLƏR

Nərimanov Bələdiyyəsində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib 12.12.2022

12 dekabr 2022-ci il tarixdə Nərimanov Bələdiyyəsində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbir Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb. Bələdiyyə qulluqçularının və üzvlərinin iştirak etdiyi mərasimi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev giriş sözü ilə açıb. Sədr Ulu öndərin respublikamız üçün çox çətin bir zamanında hakimiyyətə gəlməsini və müasir [...]
Ardını oxu

Təmraz Tağıyev TDBB-nin İdarə heyətinin iclasında çıxış edib 10.12.2022

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri, Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) İdarə heyətinin üzvü Təmraz Tağıyev birliyin idarə heyətinin növbəti iclasında iştirak etmək üçün Türkiyədə səfərdədir. Konya Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Səlcuqlu Konqres mərkəzində keçiriləcək iclasda birlik tərəfindən cari ildə görülən işlərə yekun vurulub, habelə növbəti il üçün görüləcək işlərin planı müzakirə edilərək qəbul edilib. İdarə heyətinin iclasında Təmraz [...]
Ardını oxu

Assosiasiya sədri Türk Dünyası Bələdiyyələr Birliyinin tədbirinə dəvət alıb 08.12.2022

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri, Türk Dünyası Bələdiyyələr Birliyi İdarə heyətinin üzvü Təmraz Tağıyev birliyin idarə heyətinin növbəti iclasında iştirak etmək üçün Türkiyəyə yola düşüb. Konya Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Səlcuqlu Konqres mərkəzində keçiriləcək iclasda cari ildə görülən işlərə yekun vurulacaq, habelə növbət il üçün görüləcək işlərin planı müzakirə ediləcəkdir. Belediyye.info
Ardını oxu

Nərimanov rayonunda müşavirə keçirilib.

Nərimanov Rayon İcra Hakimiyyətində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd payız-qış mövsümü ərəfəsində rayon ərazisində yanğın təhlükəsizliyi istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon [...]
Ardını oxu

Nərimanov rayonunda müşavirə

Nərimanov Rayon İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin və Nərimanov Bələdiyyəsinin də iştirak etdiyi 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş iclas keçirilmişdir. Toplantıda çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev qış mövsümünə hazırlıqla bağlı görülmüş işlər haqqında geniş məlumat verərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi [...]
Ardını oxu

“Şərq tərəfdaşlığı ölkələrində davamlı bələdiyyə və dövlət idarəçiliyi” mövzusunda keçirilən beynəlxalq konfrans öz işinə başlayıb 03.11.2022

“Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu “Şərq tərəfdaşlığı ölkələrində davamlı bələdiyyə və dövlət idarəçiliyi” mövzusunda keçirilən beynəlxalq konfrans öz işinə başlayıb. Çexiya Xarici İşlər Nazirlyinin Praqa şəhərindəki inzibati binasında baş tutan konfransda “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrrin - Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukraynadan olan nümayəndələr təmsil olunur”- bu fikirləri Belediyye.infoya Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev bildirib. [...]
Ardını oxu

Vətən müharibəsi şəhidi Ələddin Səidovun anım günü qeyd edilib. 03.11.2022

Ələddin Səidov 17 iyun 1992-ci ildə Bakı şəhərinin Nərimanov rayonunda anadan olub. 1998-2009-ci illərdə 193 nömrəli tam orta məktəbində təhsil almışdır. 2009-2013-ci illərdə isə Azərbaycan Texniki Universitetinin Maşınqayırma və Robototexnika fakültəsində təhsil almışdır. Nişanlı idi. Ələddin Səidov noyabrın 3-də Şuşa döyüşləri zamanı şəhid olub. Ələddin Səidov "Vətən uğrunda" medalı, "Şuşanın azad olunmasına görə" medalı, "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib. [...]
Ardını oxu

Vətən Müharibəsi şəhidi Sənan Abdullayevin xatirəsi yad edilib.

24 yaşı tamam olan Vətən Müharibəsi şəhidi Sənan Abdullayevin xatirəsi yad edilib. Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Sənan Şahin oğlu Abdullayevdir. Sənan Abdullayev 5 oktyabr 2020-ci ildə Füzuli istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimizin döyüşlərdə göstərdiyi igidlik və sücaət yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham [...]
Ardını oxu

Beynəlxalq konfransa assosiasiya sədri də dəvət alıb

Azərbaycan nümayəndə heyəti Çex Respublikasında keçiriləcək “Şərq tərəfdaşlığı ölkələrində davamlı bələdiyyə və dövlət idarəçiliyi” mövzusunda keçiriləcək beynəlxalq konfrasnda iştirak etmək üçün Praqa şəhərinə yola düşüb. Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından bildirblər ki, könfransda ölkəmizi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev təmsil edəcək. Konfransda “Yerli hökumətlərin davamlılğı ilə bağlı transformasiya təcrübəsinin perspektivləri [...]
Ardını oxu

Assosiasiya sədri “Ağıllı şəhərlər və regionlar: insan idarəetməsinin yanaşma perspektivləri” mövzusunda keçirilən panel iclasında çıxış edib

Azərbaycan bələdiyyə üzvlərindən ibarət nümayəndə heyəti Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 43-ci sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərində səfərdədir. Numayəndə heyətinin üzvü Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Konqresin “Ağıllı şəhərlər və regionlar: insan idarəetməsinin yanaşma perspektivləri” mövzusunda keçirilən panel iclasında çıxış edib. Çıxışında assosiasiya sədri bildirib ki, dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır [...]
Ardını oxu