XƏBƏRLƏR

Şəhid Əkbər Quliyevin doğum günü qeyd edildi. 19.08.2022

44 günlük Vətən Müharibəsində şəhid olmuş Əkbər Quliyevin doğum günü münasibəti ilə Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov rayon təşkilatının sədri, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Rayon Ağsaqqallar şurasının sədri, Nərimanov rayonu Gənclər İdman İdarəsi və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət etmişdir. Çıxışçılar qəhrəmanın keçdiyi döyüş yolundan bəhs etmiş və gəncləri vətəni şəhidlər kimi sevməyə çağırmışdır. {"item":{"showCaptionTitle":true,"showCaptionDescription":true},"lazy":true,"template":{"loop":true}}
Ardını oxu

Şəhid Hüseynov Kamran Bəhman oğlunun doğum günü qeyd edildi. 16.08.2022

44 günlük Vətən Müharibəsində şəhid olmuş Hüseynov Kamran Bəhman oğlunun doğum günü münasibəti ilə Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov rayonu Gənclər İdman İdarəsi və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət etmişdir. Çıxışçılar qəhrəmanın keçdiyi döyüş yolundan bəhs etmiş və gəncləri vətəni şəhidlər kimi sevməyə çağırmışdır.
Ardını oxu

Təmraz Tağıyev: Türkiyə İslamiadanın açılışını yüksək peşəkarlıqla keçirməklə elmin, tərəqqinin gücünü bütün dünyaya nümayiş etdirdi 11.08.2022

Qardaş Türkiyə V İslam Həmrəyliyi Oyunlarının açılışını yüksək peşəkarlıqla keçirməklə təkcə idmanın deyil, elmin, tərəqqinin, intellektin gücünü də bütün dünyaya göstərdi. Böyük sevinc hissi ilə izlədiyimiz təntənəli mərasim, ilk növbədə, vətənpərvərliyin və zəkanın nümayişidir. Bütün bunlar təkcə İslam yolunda deyil, birgəyaşayışın gözəlliyinin, elm və tərəqqi ilə insan varlığının ortaq həmrəyliyidir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri [...]
Ardını oxu

Nərimanov Bələdiyyəsinin 6 aylıq hesabat tədbiri keçirildi 29.07.2022

Bu gün Nərimanov Bələdiyyəsində bələdiyyə üzvlərinin və qulluqçularının iştirakı ilə yerli özünüidarəetmə orqanının altıaylıq fəaliyyəti barədə hesabat müzakirə edilib. Tədbirdə çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin və qazilərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Nərimanov RİH və Nərimanov bələdiyyəsi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərildiyini qeyd edərək, onların [...]
Ardını oxu

Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) İdarə heyətinin növbəti iclası keçirilib

  Türk Dünyası Bələdiyyələr Birliyi İdarə heyətinin videoformat şəklində növbəti iclası keçirilib. İclasda Azərbaycanı İdarə heyətinin üzvü Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev də iştirak edib. TDBB Prezidenti Uğur İbrahim Altayın sədrliyi ilə keçən iclasda 9 ölkədən (Albaniya, Azərbaycan, Kuzey Kıprız Türk Cumhuriyyəti, Qırğızıstan, Şimali Makedoniya, Livan, Monqolustan, Özbəkistan və Türkiyə) İdarə Heyətinin üzvləri iştirak edib. İclasda [...]
Ardını oxu

Azərbaycan İstanbulda keçirilən Avropa Şurası Konqresinin Monitorinq Komitəsinin iclasında təmsil olunub 30.06.2022

İyunun 30-da İstanbulda Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq komitəsinin iclası keçirilib. İclasda ölkəmizi Konqresdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Anar İbrahimov və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev təmsil ediblər. Türkiyə tərəfinin dəvəti ilə İstanbulda keçirilər Avropa Şurası Konqresinin Monitorinq Komitəsinin iclasının açılışında İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu [...]
Ardını oxu

TDBB idarə heyətinin geniş tərkibli iclasında Azərbaycan da təmsil olunub 10.06.2022

Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) dəvətiylə Azərbaycan bələdiyyələrinin bir qrup üzvü Türkiyə Respublikasına rəsmi səfərdədir. Səfərin ilk günündə İstanbul şəhərində Türk Dünyası Bələdiyyələr Birliyi İdarə heyətinin İstanbul şəhərində növbəti sayca altıncı geniş tərkibli toplantısı keçirilib. İdarə heyətinin iclasında Türkiyə Dövlətinin Prezidenti Rəcəb Təyyub Ərdoğan da iştirak edərək geniş məzmunlu çıxış edib. Prezident R.T. Ərdoğan çıxışında birliyin yarandığı gündən bu yana çətiri altında [...]
Ardını oxu

Şəhidin doğum günündə xatirə bulağının açılışı olub 02.06.2022

57 nömrəli məktəbin məzunu Qarabağ müharibəsi şəhidi Rəfibəyli Əbdulrza Şamməd oğlunun doğum günündə xatirə bulağının açılışı olub. Açılış mərasimində Milli Məclisin sədr müavini, millət vəkili Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, rayon ictimaiyyəti və şəhid ailələrinin üzvləri iştirak ediblər. Mərasimdə qəhrəmanın döyüş yolu haqqında şəhidin anası ətraflı bəhs [...]
Ardını oxu

Şəhid anası vəfat edib 01.06.2022

Bu gün rayon ərazisində yaşayan I Qarabağ müharibəsində şəhid olmuş Elşad Məmmədovun anası Məryəm Məhəmməd qızı Məmmədova xəstəlik səbəbindən vəfat edib. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevin şəxsi tapşırığı və dəstəyi, habelə Nərimanov bələdiyyəsinin təşkilatçılığı ilə şəhid anasının dəfn prosesi həyata keçirilib. “Dədə Qorqud” qəbristanlığında həyata keçirilən dəfn mərasimində şəhid anasının yaxınları çıxış edərək, Məryəm Məmmədovanın şəhid anası olaraq həmişə dövlətin [...]
Ardını oxu

10 May 2022 il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür

Nərimanov Bələdiyyəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən bələdiyyə sədri Təmraz Tağıyev, Ümumilli liderin şərəfli həyat yolundan, böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etməsindən bəhs edib. Ümumilli liderin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Ardını oxu