Bu gün ulu öndər Heydər Əliyev ilində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qardaş dövlətlərin yerli özünüidarəetmə orqanları və onların assosiasiyaları ilə təcrübə mübadiləsi aparılması məqsədilə bu gün videoformat şəklində Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının birgə təşkilatçılığı və Türk Dünyası Bələdiyyələr Birliyinin, habelə Şimalı Kipr Türk Cumhuriyyətini təmsil edən bələdiyyələrin iştirakıyla videokonfrans keçirildi.
Görüşdə Azərbaycan və Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub, hər iki ölkədə yerli özünüidarəetmənin təşkili, fəaliyyəti və inkişaf xüsusiyyətlərinə dair faydalı fikir mübadiləsi aparılıb, habelə Ulu öndər Heydər Əliyevin ölkəmizin bələdiyyə sisteminin formalaşmasında və inkişafındakı rolu barəsində ətraflı danışılıb , o cümlədən yaxşı təcrübə mübadiləsi aparılıb.