Nərimanov Bələdiyyəsi daha bir layihəyə yekun vurub 01.02.2023

Nərimanov bələdiyyəsi tərəfindən rayonun Şimal şitilliyi küçəsi 2 ünvanında başlanılmış asfaltlaşma işləri başa çatdırılıb.
Əlavə edək ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nərimanov rayonu ərazisində də yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Adıçəkilən küçənin sakinlərin Nərimanov bələdiyyəsinə etdikləri müraciətləri nəzərə alınaraq yararsız vəziyyətə düşmüş məhəllədaxili yolun asfaltlaşması işləri Nərimanov Bələdiyyəsi tərəfindən icra olunaraq başa çatdırılmış, ərazidə abadlıq işləri aparılmışdır. Görülmüş işlər nəticəsində ümumi sahəsi 1500 kv.m olan məhəllədaxili yola yeni asfalt örtüyü vurulmuşdur.
Bələdiyyədən bildiriblər ki, bələdiyyə iclasında mütəmadi olaraq edilən vətəndaş müraciətlərinə baxılaraq həlli üçün daim müsbət qərar verilir.