Bu gün Vətən müharibəsi şəhidi Şəhriyar Vəzir oğlu Qasımovun anım günü Nərimanov rayonunda qeyd edilib.
Şəhriyar Qasımov 26 oktyabr 2020-ci ildə Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhriyar Qasımov “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.





