“Nərimanov bələdiyyəsinin qarşılıqlı iddiası üzrə növbəti məhkəmə baxışı keçirilib”- bu barədə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Belediyye.infoya açıqlamasında bildirib ki, qarşılıqlı iddia üzrə növbəti, üçüncü məhkəmə baxışı baş tutub. Əlavə edim ki, bundan əvvəl iddia ərizəsiylə bağlı həm hazırlıq iclası, həm də iki dəfə məhkəmə baxışı keçirilib.
Məhkəmə baxışında Nərimanov bələdiyyəsinin qarşılıqlı iddia ərizəsiylə Nərimanov məhkəməsində keçirilən məhkəmə baxışında cavabdeh kimi Əliməmmədov Natiq İslam oğlu, “İnteks” MMC və “Daşınmaz Əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi Şəxsin Baki şəhər Ərazi idarəsinin təmsilçiləri iştirak etməli idilər. Lakin üçüncü dəfədir ki baxışa “Daşınmaz Əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi Şəxsin Baki şəhər Ərazi idarəsinin təmsilçisi iştirak etməyib. Bələdiyyənin vəsadəti isə baxışda bu qurumun təmsilçisinin iştirakının təmin olunmasıyla bağlı idi.
Müvafiq qurumun əməkdaşı məhkəmə baxışında iştirak etmədiyindən hakim Gültəkin Əsədova bələdiyyənin vəsadətini təmin edərək, növbəti baxışı “Daşınmaz Əmlakın Dövlət Reyestr və Kadastr” Publik Hüquqi Şəxsin Baki şəhər Ərazi idarəsinin təmsilçisinin iştirak ilə keçirilməsi barədə qərar qəbul edib.
Bələdiyyə sədrinin sözlərinə görə, bələdiyyənin ikinci vəsadəti isə məhkəməyə cavabdeh kimi Əliməmmədov Natiq İslam oğlunun da iştirakının təmin edilməsidir. Belə ki, cavabdeh qismində məhkəmə baxışında iştirak edən qanuni təmsilçi ona verilən suallara qeyri-müəyyən cavab verdiyindən Nərimanov bələdiyyəsi bu vəsadətlə çıxış edib.
Sədr son olaraq bir daha qeyd edib ki, biz bir bələdiyyə olaraq bu məhkəmə prosesində ədalətli qərar verilənədək mübarizəmizi aparacağıq.
Belediyye.info

