Təmraz Tağıyev: “Yeddi hektarlıq yaşıllıq zolağında hazırda ciddi layihələr icra edilməkdədir”

“Nərimanov Bələdiyyəsində cari ilin əvvələrində “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər planı bələdiyyə iclasında təsdiq edilərək icrası davam etdirilir” – bu barədə fikirləri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
Sədr bildirib ki, bələdiyyənin xidmət sahəsi olan yeddi hektarlıq yaşıllıq zolağında hazırda ciddi layihələr icra edilməkdədir. Ötən ildən başlayaraq yaşıllıq zolağının su ilə təmin edilməsi məqsədiylə ərazidə yeddinci su quyusu istismara verilib. Əlavə edim ki, bu gün paytaxtın digər park və bağların suvarılmasında artıq bizim quyuların sularından da istifadə edilir. Bununla yanaşı ərazidə işin keyfiyyətini artırmaq məqsədi ilə damcı suvarma sistemi quraşdırılıb. Ərazidə xidmət səviyyəsi kifayət qədər yuksək səviyyədə təşkil edilib. Bu gün bir sıra mərkəzi və yerli icra orqanları, habelə beynəlxalq qurumlar ağacəkmə aksiyalarını bizim yaşıllıq zolağında həyata keçirmələri Nərimanov bələdiyyəsinə göstərilən diqqət kimi qəbul edirik.
Yeddi hektarlıq ərazidə cari ildə 5000-ə yaxın “Eldar” şamı, küknar ağacı, hətta son günlərdə 200 ədəd zeytun ağacı əkilərək gündəlik olaraq qulluq göstərilir.
Bir çox hallarda əraziyə digər ərazilərdən də köçürülmələr həyata keçirilir. Hətta bir müddət əvvəl əraziyə köçrürülmüş qiymətli “Palma” ağacı təcrübəli bağbanlarımızın göstərdiyi xidmət nəticəsində ərazinin təbii mühitinə uyğunlaşaraq cücərməyə başlamışdır. Yaşıllıq zolağında bundan sonra da kifayət qədər ağacın əkilməsi üçün ərazi var. Bu gün yaşıllıq zolağına ağacların köçürülməsini də həyata keçirmək olar.
Sədr qeyd edib ki, İlin sonunda növbəti ağacəkmə mövsümündə sizlərlə birgə əraziyə çoxsaylı müxtəlif çeşidli ağacları əkərək “Yaşıl dünya naminə həmrəylik ili”nə daha böyük töhfələr veriləcək.