Təmraz Tağıyev: “Nərimanov Bələdiyyəsi hər zaman həssas qrupa aid insanlara öz qayğı və diqqətini əsirgəmir”

Nərimanov Bələdiyyəsində 1-ci qrup Vətən müharibəsi əlilli Etiram Musayevlə görüş keçirilib. Bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib.
Təmraz Tağıyev fiziki məhdudiyyətli müharibə veteranını inzibati binanın həyətində qarşılayaraq, salamlamış və rayon sakin olan müharibə veteranının sosial-məişət qayğılarıyla maraqlanaraq həlliylə bağlı addım atılacağını bildirib.
Sədr bildirib ki, birinci qrup qazi Etiram Musayev bundan sonra da mütəmadi olaraq mənzilində ziyarət edilərək onu narahat edən məsələlərin həllinə öz dəstəyini göstərəcəkdir.
Qazi Etiram Musayev döyüş xatirələrindən söhbət açıb və dövlət başçısına şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirərək Vətən müharibəsindəki Qələbənin Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, xalqımızın igid oğullarının qəhrəmanlıqları nəticəsində qazanıldığını söyləyib.
Təmraz Tağıyev Nərimanov Bələdiyyəsinin hər daim şəhid və qazi ailələrinə göstərilən diqqətdən danışaraq, bələdiyyəyə edilən müraciətlərin hər biri bələdiyyə iclasında müsbət qarşılanaraq operatv şəkildə öz həllini tapdığını qeyd edib.
Sədr bildirb ki, Nərimanov Bələdiyyəsində bu günədək beş nəfər şəhid ailəsinin üzvü Nərimanov Bələdiyyəsində işlə təmin edilmiş, 31 nəfər şəhid və qazi ailəsinə aylıq olaraq maddi dəstək göstərilir. Bununla yanaşı yeddi nəfər şəhid ailəsinin övladına aylıq təqaüd verilir.