Təmraz Tağıyev: “Bələdiyyə sistemi Ulu öndərin yadıgarlarından biri hesab olunur. Odur ki,…” – 18.02.2025

Artıq yeni tərkibdə bələdiyyələr ilk iclaslarını keçirməkdədirlər. Bir çox bələdiyyələrdə, o cümlədən Nərimanov Bələdiyyəsində də ilk bələdiyyə iclası keçirilərək rəhbər orqanlara seçkilər keçirilib. Sədr və sədr müavinləri seçiliblər. Uzun illər bələdiyyə sahəsində rəhbər vəzifələrdə çalışan bir şəxs kimi növbəti beşillikdə bələdiyyənizdən hansı istiqamətdə irəliləyiş gözləyirsiniz. Fikrinizcə, bələdiyyələrin səmərəli fəaliyyəti üçün daha hansı addımların atılmasını zəruri hesab edirsiniz?
Sualımızı ilk olaraq Nərimanov Bələdiyyəsinə yenidən sədr seçilmiş Təmraz Tağıyev cavablandırıb.
-Ulu öndər bizə üç əmanət qoyub: Azərbaycan dövlətini, Yeni Azərbaycan Partiyasını və Prezident İlham Əliyevi. Vətənini və dövlətini sevən hər bir şəxs bu əmanəti qorumalı və onun daha böyük zirvələri fəth etməsinə öz dəstəyini göstərməlidir.
Bələdiyyə sistemi də Ulu öndərin yadigarlarından biri hesab olunur. Odur ki, hər bir yeni seçilmiş üzv bu məsuliyyəti dərk etməli və bələdiyyənin üzləşdiyi problemlərin həllinə, o cümlədən daha səmərəli fəaliyyəti üçün əlindən gələni əsirgəməməlidir.
Bu gün bizim əsas məqsədimiz qanunvericilikdlə nəzərdə tutulmuş vergilərimzi vaxtında yığmaqla seçicilərimizin üzləşdiyi problemlərin həllinə nail olmaqdır. Ancaq bununla yanaşı qanunvericilik orqanı və mərkəzi icra orqanları qanun və normativ hüqüqi aktlardakı boşluqları aradan qaldırmaqla bələdiyyələrin inkişafına öz töhfələri verməyə borcludurlar. Etiraf etməliyik ki, bir çox rayon icra hakimiyyəti orqanları, o cümlədən Nərimanov RİH daim bizim fəaliyyətimizə öz dəstəyini göstərməkdədir. Düşünürəm ki, bələdiyyə-icra münasibətləri də sivil müstəvidə qurulmuş olsa bələdiyyənin fəaliyyətində hər hansı bir çətinlik də olmaz.