Bu gün bələdiyyəmizdə Vətən müharibəsi qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyevin xanımı, Nərimanov Bələdiyyəsinin “Vergi, rüsum və ödənişlər” şöbəsinin müdir müavini Nazilə Nudirəliyevanın və oğlu Ömər Nudirəliyevin, eyni zamanda Vətən müharibəsi şəhidi Ələddin Səidovun atası, Nərimanov Bələdiyyəsinin “Sosial inkişaf və xidmət” şöbəsinin müdir müavini Azər Səidovun doğum gününü qeyd etdik. Doğum günlərini qeyd etdiyimiz hər bir şəxsə bələdiyyəmiz adından sağlam ömür, şəxsi həyatlarında və işlərində müvəffəqiyyət arzu edirik. Bələdiyyəmizin səlahiyyətləri çərçivəsində olan bütün işlərdə hər zaman öz dəstəyimizi əsirgəməyəcəyimizi bildiririk.