UNEC-in təşəbbüsü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyalarının, Nərimanov Bələdiyyəsinin birgə dəstəyi və Bakı bələdiyyələrinin sədr və qulluqçularının, Bələdiyyələrlə İş Mərkəzi əməkdaşlarının habelə xarici qonaqların iştirakı ilə VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (#ISCEMR) çərçivəsində Nərimanov Rayon Bələdiyyəsinin parkı ərazisində Ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada 100 ədəd küknar və bir o qədər də zeytun ağacı əkilərək aqrotexniki qulluq göstərilib. 7 hektara yaxın ərazisi olan yaşıllıq zolağında Nərimanov Bələdiyyəsi tərəfindən damcı üsulu suvarma sistemi quraşdırılıb.
#Yaşıl dünya naminə həmrəylik ilinə həsr olunmuş tədbirin əsas mesajlarından biri olan dünyamızın yaşıllaşdırılması ideyasını rəhbər tutaraq ekologiyanın yaxşılaşdırılması istiqamətində addımlar atmaqdır.
Azərbaycandan yaşıllaşan dünyaya töhfə olması məqsədilə ağacəkmə aksiyasında iştirak edən əcnəbi iştirakçılarımıza da zeytun ağacı tingləri hədiyyə edildi.
Ağacəkmə aksiyasında aktiv iştirak edən və könüllü əməyi ilə töhfə verən #RegionalİnkişafİctimaiBirliyinin Könüllü gənclərinə təşəkkür edirik.