Bu gün Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasında Əmlak məsələləri Dövlət Xidmətinin (ƏMDX) bir qrup rəsmiləriylə bələdiyyələrin əmlak problemləri geniş müzakirə olundu. Müzakirələrdə Bələdiyyələrlə iş mərkəzinin rəsmisi, assosiasiya sədrləri, bir qrup rayon, qəsəbə və kənd bələdiyyələrinin sədrləri iştirak ediblər. Təşkilatcilara təşəkkür edirəm. Çox maraqlı müzakirələr keçirildi. Görüşün bu qədər canlı və aktiv keçiriləcəyini ƏMDX-nin əməkdaşları, fikrimcə, gözləmirdilər.
Məndə fürsətdən istifadə edib çıxış etdim. Hər halda bu cür görüşlərin təşkili nəticə etibarilə bələdiyyələrin üzləşdiyi problemlərin həllini müəyyən mənada sürətləndirə bilər. Bütün hallarda bu cür müzakirələrin nəticəsinin olmasi üçün davamlı şəkildə görüşlərin keçirilməsi nəzərdə tutulmalıdır.