Nərimanov Bələdiyyəsi “AZ PERA” MMC-ni məhkəməyə verib

“Nərimanov bələdiyyəsi bələdiyyənin müraciətlərinə məhəl qoymadığından “AZ PERA” MMC-i ilə bağlı məhkəməyə üz tutub”- bu barədə fikirləri Belediyye.infoya Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosıasıyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Sədrin sözlərinə görə, “AZ PERA” MMC-nin fəaliyyətiylə bağlı bələdiyyənin əldə etdiyi məlumatlarda şübhəli məqamlar olduğundan məhkəmə ilə yanaşı Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə İdarəsinə müraciət hazırlanır.

Bələdiyyənin bu gün əsas fəaliyyəti Nərimanov bələdiyyəsi olaraq büdcə gəlirlərini artırmaqla sakinlərin qarşılaşdığı problemlərin həllinə nail olmaqdır. Təssəüf ki, adıçəkilən MMC isə bələdiyyənin bütün müraciətlərini cavabsız qoymaqla bələdiyyənin fəaliyyətinə problem yaratmaqdadır.

Sədr bildirib ki, bələdiyyə əldə olunacaq maliyyə vəsaitinin yarısının “Yaşat” Fonduna keçirməyi qərara alıb..