İyulun 4-də Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin (Congress of Local and Regional Authorities of the Council of Europe) Monitorinq Komitəsinin iclasında Almaniyanın Brandenburg Torpağının paytaxtı Potsdam şəhərində, əyalətin Lantaqinda (parlamentində) keçirilmişdir. Monitorinq Komitəsinin iclasında Avropa Yerli özünüidarəetmə xartiyasının üzv-ölkələrdə tətbiqi, yerli və regional seçkilər və bir sıra digər məsələlər müzakirə olunaraq Konqresin payız sessiyasının müzakirəsinə təqdim olunmuşdur. Monitorinq Komitəsində həmcinin “Təmiz, sağlam və davamlı ətraf mühitə dair paylaşılan şərh: Potsdam Bəyannaməsi” qəbul olunmuşdur.