2 Fevral Gənclər Günü ilə bağlı Nərimanov bələdiyyəsində tədbir keçirilib. Şəhid ailələrinin üzvlərinin, qazilərin və bələdiyyə kollektivinin iştirakıyla keçrilən görüşdə iştirak edən Azərbaycan Şəhər Bələdiyyələrinin Mılli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev gəncləri bu gün münasibətilə təbrik edib, həyatlarında uğurlar arzulayıb. Tövsiyə olaraq sədr qeyd edib ki, gənclər öz üzərlərində çalışmalı, ali təhsil almalı, müxtəlif peşələrə yiyələnməli, rayonun sosial–iqtisadi həyatında fəal iştirak etməlidirlər. Ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gəldikdən sonra gənclər ölkəmizin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsinə çevrilib. Nərimanov gəncləri də dövlət – gənclər siyasətinin həyata keçirilməsində, Prezident İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrinin icrasında fəal mövqe tuturlar.
44 günlük Vətən müharibəsi zamanı Nərimaovlu gənclərin həm ön, həm də arxa cəbhədə göstərdikləri şücaəti qeyd edən sədr bildirib ki, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək “Biz birlikdə güclüyük” şüarını rayonumuzun gəncləri əsas götürüblər.

			
		
	




