Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, baş leytenant, şəhid Azad Hümbətovdur.
Nərimanov rayonundakı 291 nömrəli Ekologiya Liseyini bitirən Azad Hümbətov, 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirərək, leytenent hərbi rütbəsinə yiyələnmişdir. Tank tağımı komandiri olan Qəhrəmanımız Füzuli, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş, həyatını təhlükəyə ataraq düşmənin 5 tankını qənimət kimi ələ keçirmişdi. Döyüşlər zamanı tankı ilə minaya düşən Azad Hümbətov özü ayağından yaralanmasına baxmayaraq döyüş yoldaşını kürəyində daşıyaraq döyüş postuna gətirib çıxara bilmişdi. Müalicəsini yarımçıq qoyaraq yenidən müharibəyə qatılan Azad 27 oktyabr 2020-ci il tarixdə Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimizin döyüşlərdə göstərdiyi igidlik və sücaət yüksək qiymətləndirilmiş, o, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş, bir neçə medalla təltif olunmuşdur.
Qəhrəman şəhidimizin bu il yanvarın 24-də 27 yaşı tamam olacaqdı. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, icra Hakimiyyətinin məsul şəxsləri, Nərimanov Bələdiyyəsinin sədri, şəhidin ailəsi, eləcə də rayon ictimaiyyətinin nümayəndələri 26 yaşı tamam olan qəhrəman şəhidimiz Azad Hümbətovun məzarını ziyarət etmiş, onun əziz xatirəsini hörmət və ehtiramla yad etmişlər.

			
		
	





