Bu gün Şirvan şəhəri Gənclər mərkəzində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının ümumi yığıncağı keçirilib.
Respublikanın 68 şəhər bələdiyyələrindən və Naxçıvan Muxtar Respublikası Şəhər Bələdiyyələrinin Assosiasiyasından seçilmiş 69 nümayəndənin iştirakı ilə keçirilən ümumi yığıncaqda Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatı, Nəzarət-təftiş komissiyasının hesabatı, Milli Assosiasiyanın 2023-cü il üçün büdcəsi, eləcə də təşkilati məsələlər müzakirə olunub.
Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev yenidən yekdilliklə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri seçilib.

			
		
	