12 dekabr 2022-ci il tarixdə Nərimanov Bələdiyyəsində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Tədbir Ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsiylə başlayıb. Bələdiyyə qulluqçularının və üzvlərinin iştirak etdiyi mərasimi Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev giriş sözü ilə açıb.
Sədr Ulu öndərin respublikamız üçün çox çətin bir zamanında hakimiyyətə gəlməsini və müasir Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunmasında misilsiz rolu olduğunu qeyd edib. T.Tağıyev daha sonra Azərbaycan bələdiyyələrin formalaşmasında, bu sistemin siyasi-hüquqi bazasının hazırlanmasında Ulu öndərin danılmaz xidmətlərinin olduğunu bildirib.
Bələdiyyələrə ilk seçki günü etdiyi çıxışlarda və gürüşlərdə Ulu öndər bələdiyyə sisteminin bütün istiqamətlər üzrə fikirlərini konkret şəkildə bildirərək sistemin fəaliyyətinə öz xeyr duasını vermişdi.

			
		
	

