Assosiasiya sədri Türk Dünyası Bələdiyyələr Birliyinin tədbirinə dəvət alıb 08.12.2022

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri, Türk Dünyası Bələdiyyələr Birliyi İdarə heyətinin üzvü Təmraz Tağıyev birliyin idarə heyətinin növbəti iclasında iştirak etmək üçün Türkiyəyə yola düşüb.

Konya Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə Səlcuqlu Konqres mərkəzində keçiriləcək iclasda cari ildə görülən işlərə yekun vurulacaq, habelə növbət il üçün görüləcək işlərin planı müzakirə ediləcəkdir.

Belediyye.info