“Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu “Şərq tərəfdaşlığı ölkələrində davamlı bələdiyyə və dövlət idarəçiliyi” mövzusunda keçirilən beynəlxalq konfrans öz işinə başlayıb. Çexiya Xarici İşlər Nazirlyinin Praqa şəhərindəki inzibati binasında baş tutan konfransda “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrrin – Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belorusiya və Ukraynadan olan nümayəndələr təmsil olunur”- bu fikirləri Belediyye.infoya Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev bildirib.
Təmraz Tağıyevin sözlərinə görə, konfrasın ilk günündə “Yerli hökumətlərin davamlılğı ilə bağlı transformasiya təcrübəsinin perspektivləri və ötürülməsi” mövzusu ətrafında geniş müzakirə edilməkdədir.
Səfər proqramında Liberec bölgəsindəki bəzi bələdiyyələrinin fəaliyyətiylə tanışlıq da nəzərdə tutulub. Kofransda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov mövzu ilə əlaqəli çıxışı maraqla qarşılanıb.
Qeyd edək ki, konfrasnda ölkəmizi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının beynəlxalq məsələlər üzrə məsləhətçisi Rövşən Məmmədov təmsil edir.

			
		
	


