Beynəlxalq konfransa assosiasiya sədri də dəvət alıb

Azərbaycan nümayəndə heyəti Çex Respublikasında keçiriləcək “Şərq tərəfdaşlığı ölkələrində davamlı bələdiyyə və dövlət idarəçiliyi” mövzusunda keçiriləcək beynəlxalq konfrasnda iştirak etmək üçün Praqa şəhərinə yola düşüb.
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasından bildirblər ki, könfransda ölkəmizi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev təmsil edəcək.
Konfransda “Yerli hökumətlərin davamlılğı ilə bağlı transformasiya təcrübəsinin perspektivləri və ötürülməsi” mövzusu ətrafında geniş müzakirənin edilməsi, həmçinin Liberec bölgəsindəki bəzi bələdiyyələrinin fəaliyyətiylə tanışlıq keçiriləcəkdir.