Bələdiyyyə üzvlərinin iştirak etdiyi nümayəndə heyəti Strasburqa yola düşüb 22.10.2022

Azərbaycan bələdiyyə üzvlərindən ibarət nümayəndə heyəti Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 43-ci sessiyasında iştirak etmək Fransanın Strasburq şəhərinə yola düşüb.

Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağııyev bildirib ki, iclasda ölkəmizi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Konqresin iclaslarında nümayəndə heyətinin üzvləri Naxçıvan MR Ali Məclisinin üzvü Aidə Cəlillzadə, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov və Nərimanov bələdiyyəsinin üzvü Samirə Hüseynova iştirak edəcəkdir.

Tədbir çərçivəsində əvvəlcə konqresin Regionlar və Yerli hakimiyyətlər palatalarının Büro iclasları, siyasi qrupların və nümayəndə heyətlərinin katiblərinin görüşü keçirələcək.

Sessiyanın gedişində nümayəndə heyətinin üzvlərinin də çıxışları nəzərdə tutulur.