Nərimanov Bələdiyyəsində yubiley 03.10.2022

Nərimanov Bələdiyyəsində bələdiyyə üzvü Adil Şeyruz oğlu Hüseynovun 70 illik yubileyi qeyd edildi. Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxış edərək kollektiv adından Adil Hüseynovu təbrik etdi və ona gələcək işlərində müvəffəqiyyətlər arzu etdi. Adil Hüseynov sonda hər kəsə təşəkkürünü bildirdi.