Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası Türk Dünyası Bələdiyyələr Birliyinə baş sağlığı ünvanlayıb

Türk Dünyası Bələdiyyələr Birliyinin sədri
Cənab Uğur İbrahim Altay
Hörmətli cənab sədr!
Qaziantep-Nizip yolunda baş vermiş nəqliyyat qəzası nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri sədri olduğum Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin bütün üzvlərini və kollektivini olduqca kədərləndirdi.
Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan bələdiyyə üzvləri və qulluqçuları adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyərək tezliklə sağalmalarını arzulayaram.
Həlak olanlara Allah rəhmət eləsin!
Təmraz Tağyev
Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimaov bələdiyyəsinin sədri
TDBB-i İdarə heyətinin üzvü