44 günlük Vətən Müharibəsində şəhid olmuş Hüseynov Kamran Bəhman oğlunun doğum günü münasibəti ilə Nərimanov rayonu İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov rayonu Gənclər İdman İdarəsi və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət etmişdir. Çıxışçılar qəhrəmanın keçdiyi döyüş yolundan bəhs etmiş və gəncləri vətəni şəhidlər kimi sevməyə çağırmışdır.




