2 fevral Gənclər Günü münasibəti ilə Nərimanov Bələdiyyəsinin təşəbbüsü ilə şəhid ailələri və qazilərlə görüş keçirilmişdir. Nərimanov Bələdiyyəsinin inzibati binasında keçirilən görüşdə Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Nərimanov rayon İcra Hakimiyyətinin birinci müavini Yusif Sadıqov, rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov görüşdə iştirak etmişdirlər. Görüşü giriş sözü ilə Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev gəncləri təbrik etdi və öz çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Gənclər Gününün gənclərimiz arasında nə qədər ali gün olduğunu qeyd etdi. Milli Məclisin sədr müavini Adil Əliyev öz çıxışında dövlətin gənclər siyasəti istiqamətində apardığı kankret işləri qeyd etmişdir. Tədbirdə iştirak edən şəhid ailələri və qaziləri bayram münasibətilə təbirk etmişdir. Nərimanov rayon İH birinci müavini Yusif Sadıqov isə rayon rəhbərliyinin şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüşlərini və onların sosial problemlərinin həlli istiqamətində kankret işlər görüldüyünü qeyd etdi. Şəhid Ələddin Səidovun atası Azər Səidov tədbirdə iştirak edən gəncləri təbrik edərək oğlunun döyüş yolundan söhbət açdı. Vətən müharibəsi qazisi Arif Hacıyev öz döyüş yolundan, şəhid döyüş yoldaşlarından söhbət açaraq gənclərin vətənpərvərlik ruhunda tərbiyyə edilməsindən bəhs etdi. Qazi Taleh Camalov isə tədbir iştirakçılarını düşmən tankını necə məhv etməsindən audotiryanı təəccübləndirdi. Tədbirdə Vətən Müharibəsi ilə bağlı video çarxlar nümayiş etdirildi, tədbirin ikinci hissəsində çay süfrəsi ilə davam etdi.