GÖRÜLƏN İŞLƏR

İctimai birliyin bu layihəsi Nərimanov Bələdiyyəsiylə birgə həyata keçirilib

"18 fevral 2023-cü ildə “Fitoterapevtlər” İctimai birliyi Nərimanov bələdiyyəsiylə birgə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş ”100 ağac əkək” aksiyası həyata keçirilib”- bu barədə məlumatı “Fitoterapevtlər” İctimai birliyi yayıb. Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyənin sədri Təmraz Tağıyevin, habelə bələdiyyə kollektivinində qatıldığı aksiyada   gənc pöhrələrin əkilməsində gənclərin də həvəslə iştirak etdiyi bildirilir. Qeyd edək ki, paytaxtın [...]
Ardını oxu

Nərimanov Bələdiyyəsi daha bir layihəyə yekun vurub 01.02.2023

Nərimanov bələdiyyəsi tərəfindən rayonun Şimal şitilliyi küçəsi 2 ünvanında başlanılmış asfaltlaşma işləri başa çatdırılıb. Əlavə edək ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nərimanov rayonu ərazisində də yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir. Adıçəkilən küçənin sakinlərin Nərimanov bələdiyyəsinə etdikləri müraciətləri nəzərə alınaraq yararsız vəziyyətə düşmüş məhəllədaxili yolun asfaltlaşması işləri Nərimanov Bələdiyyəsi tərəfindən icra olunaraq başa çatdırılmış, [...]
Ardını oxu

Adil Əliyev: “Vətəndaş müraciətləri aidiyyəti qurumlarla yanaşı, Nərimanov bələdiyyəsi tərəfindən də layiqincə təmin edilir”

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Milli Məclisə deputat seçildiyi 20 saylı Nərimanov II seçki dairəsinin ərazisində yerləşən Ziya Bünyadov və II Şimal Şitilliyi küçələrində (Xutor) vətəndaşların səyyar qəbulunu təşkil etmişdir. Sakinlər tərəfindən qaldırılan müraciətlərin bir qismi yerindəcə öz həllini tapmış, digər xüsusatların həlli istiqamətində aidiyyəti qurumlarla bərabər hazırda iş aparılır. Eləcə də, sakinlərin yaşadığı küçənin asfaltlanması [...]
Ardını oxu

Bakıda ağacların qeydiyyatı və nömrələnməsi həyata keçirilir

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihəyə start verilib. IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin birgə əməkdaşlığı ilə həyata keçiriləcək layihənin əsas məqsədi yaşıllıqların mühafizəsinin təmin edilməsi, o cümlədən onlara müdaxilə hallarının azaldılması, dəqiq inventarın müəyyən edilməsi və məlumatların [...]
Ardını oxu

Vətən müharibəsi qazisi Nərimanov bələdiyyəsində işlə təmin edilib 01.09.2022

Vətən müharibəsi qazisi Nərimanov bələdiyyəsində işlə təmin edilib Nərimanov bələdiyyəsində Vətən müharibəsi qazisi, xüsusi təyinatlı silahlı qüvvələrdə xidmət keçmiş Əmrah Əliyev işlə təmin edilib. Bələdiyyə iclasında qazi Əmrah Əliyev kollektivə təqdim edilib. Təqdimat mərasimində çıxış edən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev   44 günlük Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun göstərdiyi [...]
Ardını oxu