“Bayram və istirahət günləri olmasına baxmyaraq Nərimanov bələdiyyəsi növbəlilik əsasında sakinlərə xidmətini davam etdirir”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib.
Sədrin sözlərinə görə, bələdiyyədə bu istiqamətdə artıq sistemli iş qurulub. Bələdiyyəyə müraciət edən hər kəs növbədə dayanan bələdiyyənin məsul vəzifəli şəxsi tərəfindən dinlənilir, bəzi problemlərin ciddiliyi nəzərə alınaraq həlli nəzarətdə saxlanılır.
Bununla yanaşı məzuniyyətə və müalicəyə gələn əsgəri xidmətdə olan sakinlərimizin yollayış sənədlərinin imzalanması, uçota götürülməsi bu günlərdə operativ şəkildə öz həllini tapır. Hər gün 10-15 nəfər məhz bu məqsədlə bələıdiyyəyə müraciət edir.