BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə heyətinin bir qrup üzvü Azərbaycan Respublikasına səfərə gəlib.
Bu barədə məlumatı Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.
Sədrin sözlərinə görə, TDBB prezidenti Uğur İbrahim Altay başda olmaqla idarə heyətinin Şimali Kipr Türk Cumhuriyyətindən olan üzvü Mahmud Özçinar, Bosniya-Hersoqovinadan olan üzvü Ziyad Nişic, Özbəkistdan olan üzvü Ümid Rəcəbov, Şimali Makedoniyadan olan üzvü Məhəmməd Mustafa və Azərbaycandan oaln idarə heyətinin üzvü Təmraz Tağıyev iştirak edəcəklər.