“Bakı Sənaye texnologiya kollecinin tələbələrinin Nərimanov bələdiyyəsində istehsalat təcrübəsi başlayıb” bu barədə məlumat adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev bildirib.
Sədr bildirib ki, ilk təcrübə günü tələbələrlə görüşərək rəhbərlik etdiyi bələdiyyənin tarixi, fəaliyyəti, planları haqqında məlumat verib. Sədr qeyd edib ki, istehsalat təcrübələri gələcəkdə həyatını bələdiyyə idarəetməsinə bağlayacaq gənclərin seçilməsi, bələdiyyənin gəncləşdirilməsi baxımdan mühüm əhəmiyyət daşıyır.
Kollec tələbələrinin bələdiyyələrdə təcrübə keçməsinə böyük önəm verilməsi ilə bərabər, bu prosesə diqqətlə yanaşılır. Sədr bildirib ki, tələbələrlə yüksəksəviyyəli iş qurulacaq, qrafik üzrə davamiyyətə xüsusi diqqət yetiriləcək.
Görüşdən sonra tələbələr təcrübə keçəcəkləri şöbələr üzrə bölünüb, müvafiq təlimatlar verilib..