Bu barədə bələdiyyənin sədri Təmraz Tağıyev bildirib.
Sədr bildirib ki, təcrübənin Nərimanov bələdiyyəsində keçirilməsinin əsas məqsədi gələcək menecerlərin ali təhsil müəssisələrində aldıqları nəzəri bilikləri real tədris şəraitində tətbiq etmək, praktiki bacarıqlar qazanmaq, onların peşə qabiliyyətlərini yüksəltməkdən ibarətdir.
Təcrübə zamanı tələbələr təhsil aldığı ixtisasın istiqamətlərindən, xüsusiyyətlərindən asılı olaraq bələdiyyədə yeni texnologiyalarla, iş üsulları və təhsilin müasir tələbləri ilə tanış olacaq, qazandıqları bilikləri bacarıqlara çevirmək imkanı əldə edəcəklər.
