Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev Qarabağ qazisi Mirağa Mirzəzadə ilə görüşdə dövlətimizin şəhid və qazi ailələrinə hər zaman dəstək göstərdiyini və bu çoxsaylı layihələrin icrasına Nərimanov bələdiyyəsi də öz qayğı və diqqətini əsirgəmədiyini dilə gətirib. Bu barədə məlumat adəçəkilən bələdiyyədən daxil olub.
Görüşdə qazi Mirağa Mirzəzadə ona dövlət və Heydər Əliyev Fondu tərəfindən göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirib. Görüşdən sonra qazinin üzləşdiyi problemlərin həlli istiqamətində Nərimanov Bələdiyyəsi də öz köməyini göstərib.
Qeyd edək ki, qazi 44 günlük Vətən müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərində qəhrəmancasına vuruşub. Əslən Ordubad rayonundan olan M.Mİrzəzadə II Qarabağ müharibəsinə könüllü yollanmış və Qubadlı rayonunun Xanlıq kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır.
Heydər Əliyev Fondunun dəstəyi ilə qazinin müalicəsi bu gün də davam edir.
Qeyd edək ki, Nərimanov Bələdiyyəsi daim şəhid və qazi ailələrinə qayğı və diqqəti göstərməkdədir. Bələdiyyəyə edilən müraciətlərin hər biri iclasda müsbət qarşılanaraq operatv şəkildə öz həllini tapır.