ADA Universitetinin tələbələri Nərimanov Bələdiyyəsində.

ADA Universitetinin magistr tələbələri Fidan Kəbirlinskaya və Bəhman Yaqubov Nərimanov Bələdiyyəsinin rəhbərliyi ilə magistr tədqiqatı üçün görüş keçiriblər.
Görüş zamanı Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev magistrantlara bələdiyyənin tarixi, bu günkü fəaliyyəti və beynəlxalq zəmində Azərbaycan bələdiyyələrinin rolu barəsində məlumat vermişdir. Daha sonra Nərimanov Bələdiyyəsi sədrinin müavini, iqtisad üzrə fəlsəfə doktoru Vüsal Cəfərli tərəfindən yerli özünüidarəetmə orqanlarının fəaliyyəti, bələdiyyənin büdcəsinin formalaşması və xərc istiqamətləri, bələdiyyələrin dövlət orqanları ilə qarşılıqlı əlaqəsi, vətəndaş-bələdiyyə münasibətləri, hazırda bələdiyyələrin üzləşdiyi müəyyən problemlər və onların həlli yolları barədə məlumatlar verilmiş, beynəlxalq bələdiyyə təcrübəsinin Azərbaycanda tətbiqinin inkişafa daha da təkan verəcəyi bildirilmişdir. Daha sonra magistrların sualları cavablandırılaraq bələdiyyənin fəaliyyətinə dair onları maraqlandıran məsələlər ətrafında müzakirə aparılmışdır.
Sonda xatirə şəkli çəkdirilmişdir.