Qərbi Azərbaycan İcması Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Nərimanov Bələdiyyəsi parkında ağacəkmə aksiyası təşkil edib

Qərbi Azərbaycan İcması Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar Nərimanov Bələdiyyəsi parkında ağacəkmə aksiyası təşkil edib
Bu gün Qərbi Azərbaycan İcması xalqımızın Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Nərimanov Bələdiyyəsinə məxsus parkda “Yüz ağac ək” adlı ağacəkmə aksiyası təşkil edib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Qərbi azərbaycanlılarla söhbətləri, həmçinin Qərbi Azərbaycanın tarixi ilə bağlı fikirləri səsləndirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olduğu zamanı səsləndirdiyi fikirlər aksiya iştirakçıları tərəfindən dinlənilib. Aksiyada
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov, Milli Məclisin deputatı Mehriban İbrahim qızı, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev və Qərbi Azərbaycan İcması nümayəndələri iştirak edib.
Aksiya paytaxtın Nərimanov rayonu ərazisində, Zaur Nudirəliyev küçəsi 44 ünvanında yerləşən Nərimanov Bələdiyyəsi parkında təşkil olunub.