SAAT
Təqvİm
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Keçİdlər

Ölkə xəbərləri

Ölkə xəbərləri


T.Tağıyev: “Dəyişikliyin qəbul edilməsi bələdiyyələrin vergi yığımına stimul verəcəkdir”

Xəbər verdiyimiz kimi, aprelin 11-də Milli Məclisin regional məsələlər komitəsinin iclasında "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Dəyişikliyə əsasən qanunun 5.4-cü maddəsi dəyişdirilərək yeni redaksiyada veriləcək. Belə ki, təklif edilən dəyişikliyə əsasən “bələdiyyələrə ödənilən fiziki şəxslərin torpaq və əmlak vergisinin hesablanması və tutulması məqsədilə müvafiq bələdiyyənin təşkil edildiyi ərazi vahidləri hüdudlarında mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin ölçüləri, ünvanı, onların mülkiyyətçiləri olan fiziki şəxslər, habelə fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin ölçüləri və ünvanı barədə məlumatlar həmin bələdiyyə tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində ödənişsiz əldə edilir.”

Xatirladaq ki, bu dəyişikliyədək bələdiyyələr hər bir məlumatı əldə etmək üçün müvafiq qurumlara 11 manat ödəmək məcburiyyətində qalırdılar. Bəs bu dəyişiklik bələdiyyələrə nə verəcək?

Bu sualı cavablandıran Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Belediyye.infoya açıqlamasında bildirib ki, Milli Məclisin Regional Məsələr Komitəsinin yanında yaradılan İşçi qrupunun hazırladığı təkliflər içərisində yer alan bu təklifin qəbul edilməsi bələdiyyələrin vergi yığımına müəyyən mənada müsbət təsir etməklə, yanaşı bələdiyyələrin əlavə xərclərinin azalmasına imkan verəcəkdir.

Nəzərə alsaq ki, bu gün hər bir bələdiyyə ərazisində çoxsaylı yeni tikililər möcvuddur. Və bələdiyyə bir çox hallarda bu mənzillər haqqında hər hansı məlumatı əldə edə bilmir. Bu dəyişiklik bələdiyyələrin fəaliyyətinə, onların vergi yığımına stimul verəcəkdir. İnanıram ki, Milli Məclsinin müvafiq komissiyası bundan sonra da qanunların təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atacaqdır.
13-04-2017, 12:05,