SAAT
Təqvİm
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Keçİdlər

Ölkə xəbərləri

Ölkə xəbərləri


Bakı, Gəncə və Sumqayıtda torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılıb

Ölkədə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işlərinə başlanılıb. Bakı, Gəncə, Sumqayıt şəhərlərində, habelə respublikanın 12 rayonunda isə bu işlər artıq tamamlanıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sözləri Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev fevralın 18-də Ağdaş rayonunda regional işgüzar forumda deyib.
Xidmət rəisi vurğulayıb ki, 2017-ci ildə Naftalan, Mingəçevir, Şirvan şəhərlərində və 14 rayonda torpaqların elektron kadastr uçotuna alınması və uçot məlumatları əsasında 280-dən artıq bələdiyyələrin xəritələrinin hazırlanması planlaşdırılır.
Qeyd olunub ki, bu tədbirlər Prezident İlham Əliyevin ölkədə torpaqların elektron kadastrı uçotu sisteminin yaradılması ilə bağlı verilmiş tapşırıqlarına və Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin 2020-ci ilədək mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na əsasən həyata keçirilir.
Tədbirdə torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı təqdimat keçirilib. Forum iştirakçılarına xəritələr vasitəsilə əyani şəkildə görülən işlər barədə məlumatlar verilib.
Forumda, həmçinin Uçot Sisteminin iqtisadi səmərəsi və torpaq idarəçiliyində əvəzsiz rolundan bəhs olunub. Diqqətə çatdırılıb ki, sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq, bütün torpaq sahələrinin uçotunu aparmaqdır. Sistem özündə torpaqların dəqiq sərhədləri, həndəsi ölçüləri, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatları toplayır.
Bundan əlavə, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri müəyyən etməyi, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə nəzarəti təmin edir. Torpaq münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaradır, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməyə imkan verir.
Forumda komitənin aparatı və tabeli qurumları, rayon icra hakimiyyətləri, yerli icra nümayəndələri, bələdiyyə, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak edib. Ümumilikdə isə respublikanın 20-yə yaxın rayonunda artıq belə tədbirlər keçirilib.
20-02-2017, 15:23,