SAAT
Təqvİm
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Keçİdlər

Ölkə xəbərləri

Ölkə xəbərləri


Milli Məclis bələdiyyələrə aid illik məruzəni qəbul etdi

Milli Məclisin bu gün keçirilən iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə edilib. Modern.az saytının xəbərinə görə, ədliyyə nazirinin müavini Vilayət Zahirov deputatların təklif və tənqidlərinə münasibət bildirib. O deyib ki, illik məruzə hazırlanarkən inzibati nəzarətin predmetindən kənara çıxarılmamasına çalışıblar.

Nazir müavini bildirib ki, bütün addımlar qanun çərçivəsində atılır. Onun sözlərinə görə, təkliflər üzərində təhlillər aparılıb və bütün məsələlər diqqətlə araşdırılacaq.
“Bu məsələlər növbəti məruzədə nəzərə alınacaq”-deyə Vlayət Zahirov bildirib.

Nazir müavini qeyd edib ki, subvensiyalarla bağlı yeni sənədlər hazırlanarsa, bununla bağlı müəyyən işlər aparılacaq.

Müzakirələrdən sonra məruzə səsə qoyularaq qəbul olunub.

Məruzədə qeyd edilib ki, 2016-ci ildə də bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, hüquq pozuntularının qarşısının alınması, inzibati nəzarət istiqamətində bələdiyyələrlə xeyli iş aparılıb, lazımı metodiki və hüquqi dəstək göstərilib.
2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı işini vətəndaşların müraciəti və bələdiyyə aktlarının ekspertizası üzrə qurub. Ümumilikdə, il ərzində mərkəzə 2320 müraciət daxil olub. Həmin müraciətlərin 50 faizi torpaq məsələləri ilə bağlıdır. Bu müraciətlərin 538-i torpaq sahələrinin ayrılmamasını, 145-i torpaq sahələrinin sənədləşdirilməməsini, 557-si torpaq mübahisələrini əhatə edib. Məlum olub ki, bu müraciətlərin bir hissəsi vətəndaşların öz aralarında yaranan torpaq mübahisələri ilə bağlıdır. Daxil olan müraciətlərin 126-ı təmin edilib. 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. 9 fakt üzrə xırda nöqsan xarakterli yerli pozuntular aşkarlanıb.
15-02-2017, 16:28,