SAAT
Təqvİm
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Keçİdlər

Azərbaycan bələdiyyə üzvləri Yunanıstana yola düşür

Azərbaycan bələdiyyə üzvləri Yunanıstana yola düşür


Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevin Belediyye.infoya verdiyi məlumata görə, assosiasya sədrinin də daxil olduğu Azərbaycan nümayəndə heyəti Yunanıstanda ikigünlük səfərdə olacaqdır.
Nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikasının deputatı, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev daxildir.
Nümayəndə heyətinin səfərində məqsəd Afina şəhərində baş tutacaq Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin monitorinq komitəsinin iclasında iştirak etməkdir.
Assosiasiya sədrinin sözlərinə görə, iclasda Avropa Şurasına üzv olan ölkələrdə yerli və regional səviyyədə demokratik inkişafda mövcud olan vəziyyət müzakirə olunacaq.
15-02-2017, 16:03,