SAAT
Təqvİm
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Keçİdlər

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə Türkiyənin Çukurova Bələdiyyələr Birliyi arasında niyyət protokolu imzalanıb

Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə Türkiyənin Çukurova Bələdiyyələr Birliyi arasında niyyət protokolu imzalanıb


Noyabrın 7-də Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə Türkiyənin Çukurova Bələdiyyələr Birliyi arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

AZƏRTAC xəbər verir ki, protokolu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təhmiraz Tağıyev və Çukurova Bələdiyyələr Birliyinin başçısı Hüseyn Sözlü imzalayıblar.

Tədbirdə çıxış edən Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təhmiraz Tağıyev, icraçı katibi Tofiq Həsənov, Çukurova Bələdiyyələr Birliyinin başçısı Hüseyn Sözlü, Mersin və Hatay bələdiyyələrinin sədrləri Burhanəddin Kocamaz və Lütfü Savaş qardaş ölkələrimiz arasındakı münasibətlərdən danışıblar. Bildirilib ki, Azərbaycan və Türkiyə ulu öndər Heydər Əliyevin müdrikliklə söylədiyi “Biz bir millət, iki dövlətik” kəlamına sadiq qalaraq bütün sahələrdə sıx əməkdaşlıq edir. Yüksək səviyyəli əlaqələr, ölkələrimizin birgə həyata keçirdikləri çoxlu layihələr münasibətlərimizin möhkəmləndirilməsinə böyük töhfələr verir. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda da bir-birinə qardaş dəstəyi göstərir. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət-ənənələr qədim tarixə malik əlaqələrimizi şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduğunu nümayiş etdirib.

Çıxışlarda Mersin şəhərinin 2007-ci ildə Bakının Xətai rayonu ilə qardaşlaşmış şəhər elan edilən Tarsus rayonu arasında əlaqələrdən danışılıb, bir sıra birgə layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, bu gün imzalanan sənəd də əlaqələrimizin inkişafına öz töhfəsini verəcək.

Ötən gün 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi Cocuq Mərcanlı kəndində olduqlarını bildirən türkiyəli qonaqlar kəndin yenidən qurulmasından, məcburi köçkünlərin 24 ildən sonra öz doğma yurdlarına qayıtmalarından qürurla danışıblar.
8-11-2017, 11:01,