SAAT
Təqvİm
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Keçİdlər

Nərimanov Bələdiyyəsində "Açıq Qapı günü" keçirilib.

Nərimanov Bələdiyyəsində "Açıq Qapı günü" keçirilib.


Nərimanov Bələdiyyəsində "Açıq Qapı günü" keçirilib.
“Yerli Demokratiya Həftəsi” çərçivəsində Nərimanov Bələdiyyəsində növbəti açıq qapı günü keçirilib.
“Açıq qapı” günü ilə bağlı Azərbaycan Şəhər Bələdiyyələri Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev qəbul keçirib.
Qəbulda 80 nəfərə yaxın məhəllə komitələrinin sədrləri, Nərimanov rayon ağsaqqalları və rayon sakinləri iştirak etmişdir.
Mütəmadi olaraq keçirilən növbəti qəbul zamanı Bələdiyyə sədri Təmraz Tağıyev rayon ağsaqqallarını və sakinləri salamlayaraq Nərimanov rayon Bələdiyyyəsinin gördüyü işləri diqqətə çatdırmış və qarşıda duran layihələr haqda məlumat vermişdir. Həmçinin T. Tağıyev ölkəmizdə bələdiyyə institutunun daha geniş formalaşması ilə bağlı həyata keçirilən layihələrlə bağlı sakinləri məlumatlandırmışdır.
Qəbulda iştirak edən məhəllə komitələrinin sədrlərindən Mərcan Şahbuzlu, Kamil Ağayev və digərləri öz təkliflərini irəli sürmüşlər.
Sonra sakinlər tərəfindən qaldırılan məsələlər müzakirə edilmiş, həlli istiqamətində aidiyyatı üzrə tapşırıqlar verilmişdir.
3-11-2017, 12:23,