SAAT
Təqvİm
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Keçİdlər

Ölkəmizi Avropa Şurasında kimlər təmsil edib?

Ölkəmizi Avropa Şurasında kimlər təmsil edib?


Azərbaycan nümayəndə heyəti Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 32-ci sessiyasında iştirak edir. Konqresdə Azərbaycanı Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri Təmraz Tağıyev və Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov təmsil edir.
Qeyd edək ki, martın 27-dən 31-dək Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin “Qaçqınların uğurlu inteqrasiyası məqsədi ilə təmərküzləşdirmə siyasəti” mövzusuna həsr edilmiş 32-ci plenar sessiyası keçirilir.
Belediyye.infoya bu barədə məlumat verən Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib ki, Azərbaycan daim bu kimi tədbirlərdə fəal iştirak edir. T.Tağıyevin sözlərinə görə, əsas məqsəd Konqresdə qaldırılan məsələlərdə ölkəmizin təcrübəsini yaymaqdır.
Konqresin plenar iclasında iştirak edən Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsi edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib ki, sessiya öz işinə başlamazdan öncə ilk olaraq 27 mart tarixində Avropa Şurasında təmsil olunan partiyaların görüşü keçirilib. Azərbaycan nümayəndə heyətinin üzvləri aid olduqları müvafiq partiyaların iclaslarında iştirak ediblər. 32-ci sessiyanın birinci günündə, 28 mart tarixində Konqresin plenar iclası baş tutub.
İclası Konqresin prezidenti Qudrun Mosler-Ternstrem açaraq gündəlik məsələləri səsləndirib. Sessiyanın gündəliyində duran məsələlər - Konqresin 2018-2019-cu illərə dair büdcənin təsdiqi və resurların müəyyənləşdirilməsi ətrafında Fransa Respublikasının və Rusiya Federasiyasının nümayəndələri çıxış ediblər. Daha sonra Avropa Şurasının baş katibi Turbyorn Yaqland bəyanatla çıxış etmiş və ona ünvanlanan suallara cavab veriblər.
Bələdiyyə sədri sonda qeyd edib ki, plenar iclasdan sonra Qaraçay-Çerkesiya Respublikası günlərinə həsr olunmuş tədbirlərə start verillib.

Ölkəmizi Avropa Şurasında kimlər təmsil edib?Ölkəmizi Avropa Şurasında kimlər təmsil edib?Ölkəmizi Avropa Şurasında kimlər təmsil edib?
29-03-2017, 13:13,