SAAT
Təqvİm
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Keçİdlər

Monitorinq Komitəsinin növbəti iclası Strasburqda keçiriləcək.

Monitorinq Komitəsinin növbəti iclası Strasburqda keçiriləcək.


Yunanıstanın paytaxtı Afina şəhərində Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Komitəsinin növbəti iclası başa çatıb.
Belediyye.infoya bu barədə məlumatı Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib. Nümayəndə heyətinə Naxçıvan Muxtar Respublikasının deputatı, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev daxil idi.
Assosiasiya sədrinin sözlərinə görə, iclasda Monitorinq Komitəsinin sədri Leen Verbeekin və konqresin baş katibinin çıxışları olub.
İclasda əvvəlki görüşdən sonrakı müddətdə yaranan mövzular ətrafında ciddi müzakirələr keçirilib. Xatırladaq ki, əvvəlki iclas 10 oktyabr 2016cl ildə Fransanın Strasburq şəhərində keçirilmişdi.
Bununla yanaşı iclasda yerli və regional səviyyədə insan hüquqlarının vəziyyəti, Türkiyədə faktaraşdırıcı missiyanın fəaliyyəti, Avropada miqrantlar məsələsi, Avropada yerli və regional demokratiya qəbul olunma üçün təqdim edilmiş hesabatlar, Finlandiya Estoniya, Malta və İslandiyada yerli və regional demokratiyanın vəziyyətilyə bağlı hesabatlar müzakirə edilib.
İclasda həmçinin Yerli özünüidarə haqqında Avropa Xartiyasında müstəqil ekspertlər qrupunun rəhbərliyi ilədə fikir mübadiləsi aparılıb, həmçinin, Komitənin 2017-2018-ci illər üzrə iş planı da müzakirə edilib.
İclasın yekununda növbəti müzakirənin 28 mart 2017-ci ildə Strasburda keçirilməsi qərara alınıb.
23-02-2017, 10:14,