SAAT
Təqvİm
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Keçİdlər

Nərimanov Bələdiyyəsinin 2016-cı il ərzində gördüyü işlər haqqında

Bələdiyyənin səmərəli fəaliyyəti onun güçlü iqtisadi potensialına malik olmasından asılıdır. Ona görə də bələdiyyəmizin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün ilk növbədə yerli vergi və ödənişlərin yığılması prosesi təkmilləşdirilmiş və vergi ödəyicilərinin Avtomatlaşdırılmış Məlumat Sistemi yaradılmış, vergiödəyicilərinə 20 mindən yuxarı tədiyyə bildirişləri paylanmış, nəticədə vergiödəyicilərin sayı 2,5 dəfə, bələdiyyə büdcəsinin gəlirləri də 2 dəfə artırılmışdır.
Yerli vergi və ödənişlərin yığılması, bələdiyyə büdcəsinin lazımi səviyyədə formaılaşdırılması və onun maliyyə potensialının gücləndirilməsi, ilk növbədə bələdiyyə əhalisinin mənafeyinə uyğun yerli problemlərin həlli ilə bağlı sosial-iqtisadi, abadlıq-quruculuq və ekoloji proqramların reallaşdırılmasına xidmət etməlıdir.
2016-cı il ərzində yerli büdcənin gəlirləri 541514 manat təşkil etmişdir. Nərimanov Bələdiyyəsinin büdcəsinə torpaq vergisindən 7500 manat, əmlak vergisindən 432645 manat, mehmanxana rüsumu 40182 manat, torpağın icarə haqqından 51235 manat, digər gəlirlərdən isə 9952 manat daxil olmuşdur. Hesabat dövründə yerli büdcənin xərcləri 599949 manat təşkil etmişdir ki, bu da 365074 manat əmək haqqına, 76780 manat soslal yardımlara, 85125 manat abadlıq işlərinə, 72970 manat isə sair xərclərə sərf edilmişdir.
Büdcəyə daxil olmuş vəsait hesabına bələdiyyə ərazisində yaşayan, sosial cəhətdən ehtiyacı olan vətəndaşlara, əlil, müharibə iştirakçısı olan sakinlərə, tənha, kimsəsiz insanlara, şəhid ailələrinə daimi olaraq maddi yardımlar edilmiş, bayram ərəfəsində sovqatlar verilmişdir.
2016-cı il ərzində Nərimanov Bələdiyyəsi tərəfindən 15 ailə himayəyə götürülmüş və 17 ailəyə isə birdəfəlik maddi yardım edilmişdir. Daxil olmuş ərizələrə əsasən imkansız 2 ailəyə yas mərasiminin keçirilməsinə köməklık edilmişdir.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən iyirmi altı il keçməsi ilə əlaqədar bələdiyyədə tədbir keçirilmişdir. Tədbirə şəhid əlilləri və şəhid ailələrinin üzvləri dəvət edilmişdir.
Nərimanov Bələdiyyəsinin inzibati binasında XX əsrin sonunda baş vermiş təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımı ilə əlaqədar anım mərasimi keçirilmişdir. Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilmişdir.
Nərimanov Bələdiyyəsində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təntənəli yığıncaq keçirilmişdir. Bələdiyyənin sədri bayram münasibətilə kollektivdə işləyən qadınları təbrik etmişdir.
Xalqımızın ən önəmli milli bayramı olan “Novruz bayramı” münasibətilə bələdiyyədə böyük tədbirlər planını həyata keçirilmişdir. Tədbirə rayon cəmiyyətləri, əlillər, kimsəsiz qocalar, qaçqın, aztəminatlı və şəhid ailələri dəvət edilmiş və 205 ailəyə bayram sovqatları paylanmışdır.
9 May Böyük Vətən Müharibəsində Qələbənin 71-ci ildönümü münasibətilə yüksək səviyyədə tədbir keçirilmişdir. Tədbirə Böyük Vətən müharibəsi iştirakçıları dəvət edilmiş və Qardaşlıq məzarı ziyarət edilmişdir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Nərimanov rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə rayonun bir neçə yerində, o cümlədən Ə.Rəcəbli küçəsində ağac əkilməsi və yaşıllaşdırma tədbiri -ümumrayon iməciliyi keçirilmişdir. İməcilikdə əkilmiş ağaclar suvarılmış, taxta dirəklərlə möhkəmləndirilmişdir.
1 iyun "Uşaqların Beynəlxalq Müdafiə Günü", 31 dekabr "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" bayramı münasibətilə 49 № li körpələr evi-uşaq və 89 № li sanator tipli uşaq bağçalarında bayram şənlikləri təşkil edilmişdir. Şirniyyat stolları açılmış, musiqili - əyləncəli proqram təşkil olunmuş və uşaqlara oyuncaqlar hədiyyə edilmişdir.
Bələdiyyənin inzibati binasının 3-cü mərtəbəsində məskunlaşmış məcburi köçkünlərin yaşadıqları dəhlizdə baş vermiş yanğın nəticəsində sıradan çıxmış elektrik və telefon kabel xətlərinin təmirinə və bərpasına 500 manat maliyyə vəsaiti xərclənmişdir.
Nərimanov rayon sakini, aztəminatlı ailə, üç övlad anası Hacıyeva Sevda Mehralı qızının sosial vəziyyətinin çətinliklərini nəzərə alaraq fərdi ev tikintisi üçün tikinti materialların alınmasına 1450 manat birdəfəlik maddi yardım edilmişdir.
Məhəllədaxili asfalt örtüyünün çəkilməsi və abadlıq işlərinin görülməsi ilə bağlı İbrahimpaşa Dadaşov küçəsi 50, Ak.Həsən Əliyev küçəsi 50, Əliəşrəf Əlizadə küçəsi 35, Ağa Nemətulla küçəsi 47, Əlicabbar Orucəliyev küçəsi 9/12, Ülvi Bünyadzadə, Ruhulla Axundov və Yaşar Hüseynov ünvanlarında yaşayan sakinlər tərəfindən daxil olmuş müraciətlərə baxıldıqdan sonra bələdiyyə tərəfindən abadlıq işləri həyata keçirilmişdir.
Bələdiyyənin inzibati binasında Qurban bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirə ehtiyacı olan əlillər, kimsəsiz qocalar, aztəminatlı və şəhid ailələri dəvət edilmişdir. Ramazan bayramında 205 ailəyə, Qurban bayramında isə 270 ailəyə bayram payları paylanmışdır.
2016-cı ilin oktyabr ayının 31-dən noyabr ayının 5-dək keçirilən yerli demokratiya həftəsi çərçivəsində rayonumuzun ayrı-ayrı məhəllələrində sakinlərlə bələdiyyə üzvlərinin görüşləri keçirilmişdir. Tədbirlərdə "Nərimanov bələdiyyəsinin 2016-cı il ərzində gördüyü işlər haqqında" məruzəsi müzakirə edilmişdir. Tədbirlərdə 575 nəfər sakinin, o cümlədən gənclərin və qadınların daha fəal iştirakına xüsusi diqqət yetirilmiş, “vətəndaş-bələdiyyə”, “bələdiyyə-vətəndaş” əlaqələrinin genişlənməsinə nail olunmuşdur.
“Bir bələdiyyə — azı bir layihə” çərçivəsində bir çox yerli əhəmiyyətli işlər görülmüşdür. Ötən müddət ərzində bələdiyyələrin nail olduğu ən böyük uğur cəmiyyətdə mövqelərinin möhkəmləndirilməsi, seçicilərin etimadını qazanmalarıdır.
Hesabat dövründə Nərimanov Bələdiyyəsinə 88 xidməti məktub və 505 ərizə daxil olmuşdur.Daxil olmuş ərizə və müraciətlərin baxılması müəyyən edilmiş müddət ərzində təmin edilmiş və qaldırılmış məsələlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırılmışdır. Bundan əlavə 483 vətəndaşa müxtəlif idarə və təşkilatlara arayışlar verilmişdir.
Gələcəkdə də Nərimanov Bələdiyyəsi yerli problemlərin həlli istiqamətində işlərini uğurla davam etdirəcək.


13-02-2017, 18:23,