SAAT
Təqvİm
«    Aprel 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Keçİdlər

Nərimanov Bələdiyyəsinin 2017-cı il ərzində gördüyü işlər haqqında

Nərimanov Bələdiyyəsi əvvəlki illərdə olduğu kimi keçən 2017-ci ildə də bir sıra uğurlar əldə etmişdir.
Nərimanov Bələdiyyəsi 2017-ci ilin hesabatında öz fəaliyyətini bələdiyyənin yerli sosial müdafiə, yerli ekoloji, yerli sosial və iqtisadi inkişaf proqramları, Bələdiyyələrlə İş Mərkəzinin və Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının tövsiyələri çərçivəsində həyata keçirmişdir.
Nərimanov Bələdiyyəsinin inzibati binasında hesabat toplantısı keçirilmişdir. Nərimanov Bələdiyyəsi toplantıda bələdiyyə fəalları, məhəllə komitələrinin, ictimai təşkilatlarının nümayəndələri, rayon sakinləri qarşısında geniş hesabat vermişdir. Toplantıda çıxış edənlər “Xeyir-şər” evlərinin yenidən qurulmasına, məhəllədaxili yolların abadlaşdırılmasına görə Nərimanov rayon İcra Hakimiyyətinin rəhbərliyinə və Nərimanov Bələdiyyəsinə sakinlər adından dərin minnətdarlıq bildirilmişdir.
2017-cı il ərzində yerli büdcənin gəlirləri 565775 manat təşkil etmişdir. Nərimanov Bələdiyyəsinin büdcəsinə torpaq vergisindən 5200 manat, əmlak vergisindən 436384 manat, mehmanxana rüsumu 50787 manat, torpağın icarə haqqından 44766 manat, digər gəlirlərdən isə 28638 manat daxil olmuşdur.
Hesabat dövründə yerli büdcənin xərcləri 628308 manat təşkil etmişdir ki, bu da 344693 manat əmək haqqına, 78740 manat soslal yardımlara, 118740 manat abadlıq işlərinə, 86135 manat isə sair xərclərə sərf edilmişdir.
Dövlət tərəfindən verilmiş dotasiya təyinatı üzrə rayon daxilində abadlıq işlərinə sərf edilmişdir.
Hesabat dövrüdə bələdiyyənin 14 iclası keçirilmişdir. Bələdiyyənin və komissiyalarının iclaslarında qəbul edilmiş qərarlar əsasən yerli özünüidarəetmənin inkişafı və təkmilləşdirilməsi, rayonun sosial inkişafı sahəsində, o cümlədən bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, yolların təmiri, bayram tədbirlərin təşkili, yas mərasimlərinə maddi yardımların ayrılması kimi məsələləri əhatə etmişdir.
2017-ci ilin hesabatında Nərimanov Bələdiyyəsi tərəfindən həyata keçirilmiş layihələr haqqında əhaliyə mütəmadi olaraq məlumatlar çatdırılmışdır. Bələdiyyə fəaliyyətinin şəffaflığının təmin edilməsi məqsədi ilə bələdiyyənin həyata keçirtdiyi tədbirlər haqqında kütləvi informasiya vasitələrində mütəmadi olaraq materiallar dərc edilmişdir. Bununla yanaşı bələdiyyənin fəaliyyəti barədə əhaliyə məlumatın çatdırılması məqsədi ilə bələdiyyə rəhbərliyinin əhali ilə görüşləri, bələdiyyə məhəllə komitələri qarşısında hesabatları, həyata keçirdikləri layihələr barədə məlumatların işıqlandırılmasında bələdiyyənin elektron və internet saytından da geniş istifadə edilmişdir.
Nərimanov Bələdiyyəsi rayon əhalisinin maddi rifah halının yüksəldilməsi, az təminatlı ailələrin sosial durumlarının yaxşılaşdırılması, küçə və məhəllələrin abadlaşdırılması istiqamətində bir sıra zəruri işlər həyata keçirmişdir.
Bələdiyyənin inzibati binasında nasaz vəziyyətə düşmüş su nasosu və dağılmış tavan yenidən təmir edilmiş, daxil olmuş ərizəyə əsasən 18 saylı Nərimanov - Nizami Seçki Dairəsinin Dairə Seçki Komissiyasına istilik sistemi quraşdırılmışdır.
Təbriz küçəsi 55 və Həsənoğlu küçəsi 2 ünvanlarında yerləşən "Xeyir-şər" evləri təmir edilərək yenidən sakinlərin istifadəsinə verilmişdir.
Məhəllədaxili və yaşayış binaların həyətlərinə asfalt örtüyünün çəkilməsi və abadlıq işlərinin görülməsi ilə bağlı Ə.Rəcəbli küçəsi 56, Ağa Neymətulla küçəsi 62 və 62 A, Məlik Məmmədov küçəsi 21-29, Təbriz küçəsi 31 və Məlik Məmmədov küçəsi 89, Ak.H.Əliyev küçəsi 98A, Heydər Əliyev prospekti 72, Arif Heydərov küçəsi 27, A.Neymətulla küçəsi 28, E.Qocayev küçəsi 29, Ak.H.Əliyev küçəsi 94-96, Təbriz küçəsi 170 saylı ünvanlarda yaşayan sakinlər tərəfindən daxil olmuş müraciətlərə baxıldıqdan sonra Nərimanov Bələdiyyəsi tərəfindən abadlıq işləri həyata keçirilmişdir.
Bundan əlavə N.Hacıyev küçəsi, ev 6A ünvanında yaşayan sakinlərin müraciət ərizəsinə əsasən qəzalı vəziyyətə düşmüş dam örtüyü bərpa edilərək təzələnmişdir.
Nərimanov Bələdiyyəsi rayon ərazisində Ə.Rəcəbli küçəsi ilə F.X.Xoyski prospektinin kəsişməsinə qədər iməclik təşkil etmişdir. İməclikdə yeni tinglər əkilmiş, yol boyunca əkilmiş ağacların dibləri bellənmiş, təmizlənmiş, suvarılmış taxta dirəklərlə möhkəmləndirilmiş və əhənglə ağardılmışdır. May ayının 10-dək hər həftənin şənbə və bazar günlərində rayon ərazisində rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə ağacəkmə, yaşıllaşdırma işləri həyata keçirilmişdir.
2017-ciı il ərzində Nərimanov Bələdiyyəsi tərəfindən 16 ailə himayəyə götürülmüş, 8 ailəyə birdəfəlik, 3 ailəyə isə yas mərasiminin keçirilməsinə maddi yardım edilmişdir. Daxil olmuş ərizələrə əsasən imkansız 1 ailədən olan tələbənin və 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş əsgər Mirzəyev Mahir Sabir oğlunun atası Mirzəyev Sabir Knyaz oğlunun ərizəsini nəzərə alaraq Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi Mirzəyeva Aygül Sabir qızının illik təhsil haqqını köçürmə yolu ilə ödənilməsinə köməklık edilmişdir.
Azərbaycanın bütün güşələrində olduğu kimi Nərimanov Bələdiyyəsinin inzibati binasında “Novruz", "Ramazan" və “Qurban” bayramları yüksək təntənə və sevinclə keçirilmişdir. Tədbirə rayon ərazisində yaşayan əlil, kimsəsiz- tənha qocalar, qaçqın və şəhid ailələri, bir sözlə ehtiyacı olan insanlar dəvət edilmiş və bayram sovqatları paylanmışdır.
"Uşaqlar cəmiyyətimizin sabahıdır" onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi bizim əsas məqsədimizdir. Hər il olduğu kimi bu ildə bələdiyyəmiz 1 İyun "Uşaqların Beynəlxalq Müdafiə Günü" münasibəti ilə rayon ərazisində yerləşən 49 №-li körpələr evi-uşaq və 89№-li sanator tipli uşaq bağçalarında bayram şənlikləri təşkil edilmişdir. Bayram şənliklərində bələdiyyə üzvləri və qulluqçuları fəal iştirak etmişlər. Bu münasibətlə uşaqlara şirniyyat masaları və musiqili əyləncələr proqramları təşkil edilmiş və hədiyyələr paylanmışdır.
2017-ci ilin oktyabr ayının 30-dan noyabr ayının 5-dək keçirilən yerli demokratiya həftəsi çərçivəsində rayonun müxtəlif yaşayış yerlərində ”Azərbaycanda Yerli Demokratiya Həftəsi”devizi ilə silsilə tədbirlər keçirilmişdir ki, həmin tədbirlərdə əhali ilə bir başa dialoqlar aparılmış, onların sosial problemləri öyrənilmiş və həmin problemlərin aradan qaldırılması üçün müvafiq işlər görülmüşdür. Tədbirlərdə "Nərimanov bələdiyyəsinin 2017-ci il ərzində gördüyü işlər haqqında" məruzəsi müzakirə edilmişdir. Tədbirlərdə 680 nəfər sakinin, o cümlədən gənclərin və qadınların daha fəal iştirakına xüsusi diqqət yetirilmiş, “vətəndaş-bələdiyyə”, “bələdiyyə-vətəndaş” əlaqələrinin genişlənməsinə nail olunmuşdur.
Bələdiyyəyə daxil olmuş 133 xidməti məktubun və 164 ərizənin baxılması müəyyən edilmiş müddət ərzində təmin edilmiş və qaldırılmış məsələlər qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavablandırılmışdır. Bundan əlavə 202 vətəndaşa müxtəlif idarə və təşkilatlara təqdim etmək üçün arayışlar verilmişdir. Bələdiyyə rəhbərliyinin və icra aparatının qəbulunda 300 nəfər vətəndaş olmuşdur.
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Nərimanov Bələdiyyəsinin sədri Tağıyev Təmraz Tağı oğlu iştirak etmişdir.
Oktyabr ayının 24-dən 26-a kimi Türkiyə Respublikasının Qaziantepə şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) Direktorlar Şurasının İclasına Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev dəvət edilmişdir. Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) İdarə Heyətinə Azərbayçan Respublikasını Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Bakı şəhəri Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev üzv seçilmişdir.
Nərimanov Bələdiyyəsi gördüyü işlərlə kifayətlənmir, rayonun daha da gözəlləşməsi, abadlaşması və sakinlərin xoş rifahı üçün daha dinamik, daha mütəşəkkil işləməyi öz öhdəsinə götürür, üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmək üçün lazımi tədbirlər həyata keçirəcəkdir.
25-01-2018, 13:58,