SAAT
Təqvİm
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Keçİdlər

Nərimanov Bələdiyyəsinin 2018-cı ilin 9 ay ərzində gördüyü işlər haqqında

Nərimanov Bələdiyyəsi rayon əhalisinin maddi rifah halının yüksəldilməsi, az təminatlı ailələrin sosial durumlarının yaxşılaşdırılması, küçə və məhəllələrin abadlaşdırılması istiqamətində bir sıra zəruri işlər həyata keçirmişdir.
Bələdiyyənin səmərəli fəaliyyəti onun güçlü iqtisadi potensialına malik olmasından asılıdır. Ona görə də bələdiyyəmizin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün ilk növbədə yerli vergi və ödənişlərin yığılması prosesi təkmilləşdirilmiş və vergi ödəyicilərinin avtomatlaşdırılmış uçotu sisteminə əsasən bələdiyyə büdcəsinin gəlirləri keçən ilə nisbətən artmışdır.
2018-ci ilin doqquz ayı ərzində yerli büdcənin gəlirləri 490254 manat təşkil etmişdir. Nərimanov Bələdiyyəsinin büdcəsinə torpaq vergisindən 4900 manat, əmlak vergisindən 319052 manat, mehmanxana rüsumu 48917 manat, torpağın icarə haqqından 35834 manat, digər gəlirlərdən 16850 manat daxil olmuşdur.
Hesabat dövründə yerli büdcənin xərcləri 472583 manat təşkil etmişdir ki, bunun da 216928 manat əmək haqqına, 64400 manat soslal yardımlara, 89066 manat abadlıq işlərinə, 102189 manat isə sair xərclərə sərf edilmişdir.
2018-ci ilin doqquz ayı ərzində Nərimanov Bələdiyyəsi tərəfindən 10 ailə himayəyə götürülmüş və 9 ailəyə isə birdəfəlik maddi yardım edilmişdir.
Bələdiyyənin inzibati binasında Qurban bayramı münasibətilə tədbir keçirilmişdir. Tədbirə ehtiyacı olan əlillər, kimsəsiz qocalar, aztəminatlı və şəhid ailələri dəvət edilmiş və qurban payları paylanmışdır.
Rayon ərazisində keçirilən səyyar görüşlərdə iştirak edən sakinlərin müraciətləri operativ olaraq həll edilmişdir. Belə ki, Daş Karxanası, ev 652 ünvanında (Ağayeva Afətin Əliş qızı- təqaüdçü) dam örtüyü və F.Yusifov küçəsi 7 saylı binanın həyətində bərbad vəziyyətə düşmüş 1000 m2 asfalt örtüyü tərtib edilmiş qüsur aktına əsasən təmir və bərpa edilmişdir.
Nərimanov Bələdiyyəsi üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmək üçün lazımi tədbirlər həyata keçirəcək.
12-11-2018, 15:23,